Aİ 95 markalı benzin bu qiymətə olacaq
Paylaşılma tarixi: Feb 21, 2015 4:46:29 PM
Manatın kursunun dollara nisbətdə 34% faiz ucizlaşmasının Azərbaycan bazarında satılan idxal malların qiymətinə təsir edəcəyi gözlənilir. Ölkə.az xəbər verir ki, xaricdən dollara alınan malların qiymətlərinin manatın inflyasiya həddinə uyğun olaraq daxili bazarda bahalaşması gözlənilir. Həmçinin Azərbaycanın xaricdən idxal etdiyi Aİ 95 markalı super benzinin qiymətlərinin də qalxacağı proqnozlaşdırılır. Hazırda bir litri 93 qəpikdən satılan Aİ 95 markalı benzinin qiymətinin 34% və ya 1,24 AZN-ə qədər yüksələcəyi gözlənilir.Ölkə.az