Azərbaycana fəlakət yaxınlaşır

Paylaşılma tarixi: Jan 28, 2015 7:23:45 PM

Azərbaycana fəlakət yaxınlaşır

 İl ərzində Böyük Qafqaz sıra dağlarındakı buzlaqların qalınlığı iki metr aşağı düşür.

 Böyük Qafqaz sıra dağlarında buzlaqların əriməsi içməli su qıtlığına gətirib çıxaracaq.

 Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, mütəxəssislər qlobal iqlim dəyişikliyi səbəbindən dağlarda temperaturun artmasına, bunun isə buzlaqların əriməsinə gətirib çıxaracağını düşünürlər.

 Şimali Qafqaz Hidrometereologiya idarəsinin rəhbəri İrina Xoma TASS-a açıqlamasında buzlaqların əriməsinin dağ göllərin qurumasına gətirib çıxaracağını deyir.

 Böyük Qafqaz dağları ətrafındakı sakinlər içməli su ehtiyyatı qıtlığını təxminən 80-100 ildən sonra hiss edəcəklər. İl ərzində Böyük Qafqaz sıra dağlarındakı buzlaqların qalınlığı iki metr aşağı düşür.

 Qeyd edək ki, Türyançay, Samur, Qusarçay, Girdimançay, Əyriçay, Qabırrı çayları sularını Böyük Qafqaz buzlaqlarından alır. Həmin buzlaqıarın əriməsi Azərbaycanın Kürdən yuxarı bölgələirndə quraqlığa səbəb olacaq.

E.Ə.

www.oxu.az