İŞİD-in Mosuldakı komandiri öldürüldü

Paylaşılma tarixi: Mar 30, 2015 5:25:29 PM

Terror təşkilatı İŞİD-in Mosuldakı dəstəsinə rəhbərlik edən komandir Ziyad Səlim Məhəmməd Əl-Kürdi öldürülüb. APA TV-nin məlumatına görə, koalisiya qüvvələrinə aid döyüş təyyarələri gecə saatlarında Mosulun Pure məhəlləsini hədəfə alıb. Hava hücumu zamanı Əl-Kürdi məhv edilib.

 Qeyd edək ki, Mosulda anadan olan Əl-Kürdi 2004-cü ildə Əl-Qaidə ilə bağlılığı olan bir neçə terror təşkilatına rəhbərlik edib. 2006-cı ildə həbs olunaraq Boka həbsxanasına göndərilib. Həbsdən çıxandan sonra Mosulda üsyanlara rəhbərlik edib. Mosulda onlarla terror aktı törədərək yüzlərlə günahsız insanın ölümünə səbəb olub

http://apa.tv/