Hacı Murad
Paylaşılma tarixi: Nov 12, 2017 6:22:15 PM
BİR DAHA HACI MURAD HAQQINDA Haci Murad--Lev Tolstoyun eyni adlı povestin…in qəhrəmanı...Həyatı faciəylə bitən ..lakin əyilməzlik simvoluna çevrilən...ziddiyyətli dünyagörüşünə malik ..bəzən də xalqına dönüklükdə silahdaşları tərəfindəm günahlandırılan....bəzən düşmənə sarsılmaz zərbələr endirən dağlı sərkərdə...................... Hacı Murad Dağıstanda ..Xunzaxda doğulmuşdur...Bəzi mənbələrdə onun 1790-cı illərin sonunda..bəzi mənbələrdə 1795-ci ildə doğulduğu qeyd edilir.Amma ailə üzvlərinin doğum tarixlərinin müqayisəli araşdırılmasına əsasən onun 1816 və ya 1818-ci ildə doğulması daha inandırıcı görünür. 1834-cü ildə qardaşı Osman və onun silahdaşları ilə birgə aullarının rəhbəri Həmzət bəy Avarlıya sui-qəsddə iştirak edən Hacı Murad sonralar aulun rəhbəri olur..Qardaşı Osmansa sui -qəsd zamanı Həmzət bəyin müridləri tərəfindən öldürülür...Hacı Murad xeyli vaxt avarlar və ruslar arasında vasitəçilik edir.O dövrlərdə müridizim cərəyanının layiqli davamçısı olan...ruslara boyun əyməyən Şeyx Şamillə əlaqələrindən şübhələnən rus generalı Klüqean 1840-cı ildə onun həbsi haqqında göstəriş verir..Həbs olunan Hacı Murad Temir-xan Şuraya qazamata göndərilir...Ən çıxılmaz vəziyyətdə belə çıxış yolu tapmağı bacaran Hacı Murad yolda qaçmağı bacarır və Şamilə qoşulur.10 il onun ən etibarlı silahdaşı..sağ əli..naibi olur..1843-cü il döyüşlərində fəal iştirak edir. 1851-ci ildəki Tabasaran döyüşündə uğursuzluğa düçar olan Hacı Muradın Şeyx Şamillə münasibəti pozulur..Bəzi tarixçilər çarın onu Dağıstanın rəhbəri kimi görmək istədiyini ..buna görə də .onun Şamilin əlehinə çıxdığını iddia edirlər... Hadisələrin necə getdiyi...nəyin nəyə səbəb olduğunu indi müəyyənləşdirmək ümumiyyətlə mümkün deyil...bəlkə də yersizdi..Amma həqiqət odur ki Hacı Murad bu hadisədən sonra ruslar tərəfinə keçir...Ailəsi isə Şamilin yanında qalır..O bir il Nuxa qalasında--xüsusi hörmət və ehdiramla saxlanılır...Dağlı dağlıdır...Onun içində gizlənən mənliyi ona rahatlıq verməz...Onun qul olmasını qəbul etməz...Azad olmaq..azadlıq aşiqləri bu arzu ilə doğulur...öləndə də mərdliklə ölür... Yuxarıda qeyd etdiyimiz kimi xarakterindəki ziddiyyətlərin necə olmasına baxmayaraq arvadının və uşaqlarının Şamilin əlində olduğunu ..başlıcası satqın adını üstünə götürmək istəməməsi onu bəhanə ilə Nuxadan qaçmasna səbəb olur.. Üç avar və bir çeçen silahdaşı ilə qaçan Hacı Muradın arxasınca ərazidəki milis dəstələri ..Nuxa qalasının komendantı mayor Korqanovun kazak dəstəsi düşür..Şəraiti düzgün qiymətləndirən Hacı Murad dəstəsi ilə Nuxanın Biləcik kəndi ərazisindən keçərək çəltik həndlərinin içi ilə Qax rayonunun ərazisində yerləşmiş indi faktiki olaraq mövcud olmayan---yalnız qocaların yaddaşında qalan DAYIKƏNDİ ərazisinə---bir yulğunluğa çatır.Yorğun olan atlarının ..həm də özlərinin istirahəti üçün bu yeri münasib bilən dağlılar təhlükənin sovuşduğunu düşünürlər...Amma..İzi itirən 300-dək atlı geri qayıtmaq məcburuyyətində qalırlar....Lakin...bir nəfər çəltik sulayan kişi onların kimi axtardığını xəbər alır və kiçik dəstənin getdiyi istiqaməti kazaklara göstərir.. Daim sərvaxt olan Hacı Murad mühasirəyə alındıqlarını anlayır.Xəncərlə özləri üçün səngər qazaraq 5 nəfərlik dəstə ilə300 nəfərə qarşı vuruşmağa başlayır..11 saatadək döyüş gedir ...Yoldaşları həlak olur.Özü ağır yaralansa da əlində xənərlə rusların üstünə şığıyır.Ona yenidən atəş açılır.O yıxılır.Kazaklar sevinclə onun üstünə yeriyir.Qəfildən Hacı Murad ayağa qalxır. Bir anlıq hamı yerində donub qalır....və birdən qocaman bir palıd kimi Hacı Murad yerə sərilir.Mənim həmin əraziyə yaxın Qıpçaq kəndində doğulmağım ..hələ uşaq yaşlarımdan bu hadisə ilə bağlı qocalardan eşitdikərim onu deməyə əsas verir ki kazaklar xeyli vaxt onun meyidinə yaxın getməyə ürək eləməmişlər.. Onun başı kəsilərək Tiflisə ..canişin Voronsova göndərilir.Bir müddət Tiflisdə yanğınsöndürmə deposunda saxlanılır..sonra çar Birinci Nikolayın əmri ilə mumiyalanmaq üçün rus anatomu və cərrahı Piroqova göndərilir.Peterburqdakı Hərbi-Tibb Akademiyası muzeyində saxlanılır. Aldığım məlumata görə qəbrin Hacı Murada məxsusluğu qəribə təsadüflə bağlıdır.Hacı Muradın dəfn olduğu yer yerli əhalinin öz aralarında Molla Cuma yolu adlandlrdıqları yolun üstündədir.Azərbaycanın görkəmli alimi..arxeoloq Məmmədəli Hüseynov həmin yolla gedərkən bir kişi və bir uşaqla yol yoldaşı olur..Onların hara getdikləri ilə maraqlanır..Hacı Murad babaya nəzirimiz var..indi ziyarətə gedirik-cavabını alir.Görkəmli arxeoloq çoxdan axtarılan qəbrin məhz bu qəbir olacağı qənaətinə gəlir.Lazımi icazə alındıqdan sonra qəbir komissiya tərəfindən açılır.Qəbirdə başsız bədənin dəfn olunduğu..bir ayağının digərindən qısalığı və s. həmin qəbrin Hacı Murada məxsusluğunu təsdiqləyir.Və qəbrin üstünə ilk başdaşı da böyük alim tərəfindən hazırlatdırılmış və qoyulmuşdur. İndi mövcud olan qəbirüstü abidə və şəkil Hacı Muradın qız nəvəsi tərəfindən qoyulmuşdur. Hacı Murad ziddiyyətli xarakterli..faciəvi taleli tarixi şəxsiyyətdir...Dağlı müharibəsinin simvollarından biridir.Amma hər halda Şeyx Şamil deyil.
Hazırda Rudolf İvanov tərəfindən qəhrəmanın kəllə sümüyünün bədəninin dəfn olunduğu yerdə torpağa tapşırılması ilə bağlı çabalar göstərilməkdədir.2015-ci ildə məhz onun rəhbərliyi ilə Moskvada millətlər evində Hacı Muradın 200 illiyi təntənə ilə qeyd edilib.Onun ...Hacı Murad haqqında həqiqətlər kitabı və sənədli filmi var.Böyük rus yazıçısı Lev Tolstoy Qafqazda olmuş və 1890--1900-cü illərdə yerli əhali ilə görüşərək həqiqəti axtarmış və Hacı Murad povestini yazmışdır.Və həmin povest onun olümündən iki il sonra --1912-ci ildə çap olunmuşdur. Onun haqqında üç film çəkilib.1930-cu idə Almaniyada--Ağ şeytan...1959-da İtaliya və Yuqoslaviyanın birgə istehsalı--Hacı Murad---------------ağ şeytan...və 1968-ci ildə qardaş Türkiyədə Hacı Murad gəliyor...filmləri çəkilib... Rəsul Həmzətov..Vladimir Oqnevin senarisini yazdıqları və Qeorqi Danelyanın rejissoru olacağı filmin çəkilişinə isə SSRİ Dövlət KİNO idarəsi naməlum səbəbdən icazə verməyib.Layihənin həyata keçirilməsi dayandırılıb... 1852-ci il may ayının 5-də öldürüldükdən sonra başı kəsilən Hacı Muradın qəbirüstü abidəsindəki odlu..yenilməz məğrur baxışları 165 il öncə kimi düşməni lərzəzəyə salır.
NADİR ZİYADLI.QIPÇAQ.