Hacıyev getdi, rüşvət qaldı
Paylaşılma tarixi: Feb 22, 2015 5:30:24 PM
İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin istefaya göndərilməsi ali təhsil ocağında vəziyyəti dəyişməyib. Məlumatda bildirir ki, rəhbərlik dəyişsə də, qaydalar dəyişməyib. Əvvəlki tək tələbələrdən rüşvət yığılır, imtina edənlər isə imtahanlardan kəsilir. Adının çəkilməsini istəməyən tələbənin sözlərinə görə, Ədalət Muradov rektorluğunun ilk günlərində rüşvətin kökünü kəsəcəyini, universitetdə normal mühitin yaradılacağını vəd edib. Lakin bu, bir müddət davam edib. Hazırda isə əvvəllər olduğundan da çox rüşvət yığılır. Tələbənin sözlərinə görə, sabiq rektorun vaxtında hər semestrdə 300-500 manat yığılırdısa, indi bu rəqəm 400-600 manata çatır. Xatırladaq ki, Ədalət Muradov 2014-cü ildə universitetə rektor təyin olunub. - See more at: http://azerbaycaninfo.az/sosial/4456-haciyev-getdi-rushvet-qaldi.html#sthash.XkSusAVX.dpuf