Misli görünməmiş vəhşilik: Iran ordusu İraqda müsəlmanlara qan uddurur
Paylaşılma tarixi: Apr 06, 2015 7:6:17 PM
Tikrit ətrafı bəzi əraziləri İŞİD-in əlindən alan İran İnqilab Keçikçiləri və İraq ordusunun birləşmələri dinc əhali üçün fəlakətə çevrilib. Avropa.info Reuters-ə istinadən xəbər verir ki, İran və İraq ordusunun əsgərləri bölgənin sünni əhalisini qarət etmək və şiddət tətbiq etməklə məşğul olur. Bölgədə qarətlərin baş alıb getməsini İraq prezidentinin köməkçisi Usamə Nuceyfi təsdiqləyib.İş o yerə çatıb ki, soyğunçuluğu dayandırmaq üçün bölgənin sünni əhalisinə nifrət edən şiə könüllü dəstələri şəhərdən çıxarılır. İraqın baş naziri əl-Abadi İran dəstəkli şiə könüllülərin bölgədən çıxarılması barədə təlimat verib.Ancaq rəsmi İraq ordusunun da dinc əhaliyə qarşı törətdiyi zorakılıq davam edir. Reuters agentliyinin paylaşdığı foto dünya ictimaiyyətini şoka salıb. Fotoda İraq ordusunun formasını geymiş əsgər əli bağlı, dinc sakini yerə yıxaraq, başına yumruqlar endirir. Arxa fonda əli bağlanmış digər əsirin başı isə İraq əsgərinin çəkmələri altına uzadılıb.
http://bao.az/