Azərbaycan prezidenti Viktoriya Nulandı qəbul edib

Paylaşılma tarixi: Feb 17, 2015 3:34:25 PM

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nulandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. PRA AzərTAc-a istinadla xəbər verir ki, görüşdə ABŞ-Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından, hər iki ölkənin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edilib. Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.http://pra.az/