Erməni girovdan şok müraciət
Paylaşılma tarixi: Apr 01, 2015 6:28:9 PM
Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası Azərbaycan tərəfə könüllü keçən Andranik Qriqoryanın video görüntüsünü yayaıb. Nazirliyin mətbuat xidmətindənModerator.az -a verilən məlumata görə, videogörüntüdə Qriqoryan ermənilərə müraciət edib. Müraciətdə deyilir: Mən, Andranik Araratoviç Qriqoryan 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olmuşam. 2012-ci lin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə çağırılmışam.2015-ci ilin martın 22-də Azərbaycan tərəfə keçmişəm. Dağlıq Qarabağda özümü yaxşı hiss etmirdim. Bizə yaxşı baxmırdılar, orda bizimlə pis rəftar edirdilər. Mən bunun üçün Dağlıq Qarabağdan Azərbaycan tərəfinə keçdim. Bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağırıram.
Ona görə ki, Azərbaycan Respublikasında hərbi qulluqçularla necə rəftar edildiyinin şahidi oldum.
Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə olunurlar.
Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər.
Mən artıq mənasız savaşdan yorulmuşam, ölmək istəmirəm, mənasız müharibədən yorulmuşam.
Azərbaycan Respublikasında bizə yaxşı baxırlar, yaxşı qulluq edirlər, paltarımı, geyimimi, yeməyimi yaxşı verirlər.
Burada özümü çox yaxşı hiss edirəm.
Bütün silahları yerə qoymağa, əsgərlərin valideynlərini, analarını, bacılarını Azərbaycan Respublikasına keçməyə çağırıram.
Mənim Azərbaycan Respublikasına əsir keçməyimin yalnız bir səbəbi var – ölmək yox, yaşamaq və həyatımı davam etdirməkdir.
http://moderator.az/