Balakən

Paylaşılma tarixi: Nov 01, 2014 7:17:42 PM

Balakənlilər bolluq, bərəkət bayramını böyük ruh yüksəkliyi ilə qeyd ediblər.oktyabrın 31-də Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Məhsul bolluğu” bayramı keçirilib. Bayram tədbirində minlərlə balakənli, rayonun qabaqcıl fermerləri, məhsul istehsalçıları iştirak ediblər.Ənənəvi olaraq artıq üçüncü dəfədir keçirilən bu bayram son illər rayonun iqtisadiyyatında, xüsusilə aqrar sahədə qazanılan uğurları təbliğ və nümayiş etdirmək, balakənliləri daha böyük nailiyyətlərə ruhlandırmaq məqsədi daşıyır.

Balakənlilər bolluq, bərəkət bayramını bu il də böyük ruh yüksəkliyi ilə qeyd ediblər. Buna onların tam haqqı vardır. Statistik məlumatlara görə, cari ilin doqquz ayında rayonda aqrar sahədən 48,6 milyon manatlıq gəlir əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar sahədə məhsul istehsalı 701 min manat artıb. Balakənli fermerlər bu il qarğıdalı sahələrindən 40 min tondan artıq məhsul götürüblər. Ət, süd, yumurta, bal və digər növ kənd təsərrüfatı məhsulları istehsalı da ötən illə müqayisədə xeyli artıb.Balakən mətbəxi üçün xarakterik olan süd çörəyi – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini canlı olaraq izləyiblər. Kənd yerləri üçün xarakterik olan qarğıdalı təmizlənməsi və yunun daranması iməciliklərinin nümayişi bayram iştirakçılarının böyük marağına səbəb olub.