Vanqanın Brejnevlə müəmmalı söhbəti: Qorxunc PROQNOZLAR, FOTOLAR
Paylaşılma tarixi: Feb 28, 2015 1:0:36 PM
20 illik arzu - xeyir-duası alınmayan kilsə...Ömrünün sonuna yaxın Vanqa özünün 20 illik arzusunu axır ki, həyata keçirə bilir. O, öncəgörmə ilə məşğul olmağın günah olduğunu başa düşürdü və dəfələrlə yanına gələnlərə bunu anladırdı. O, qorxurdu ki, bu günahına görə nəinki özü, yaxınları, uşaqları, dostları da əziyyət çəkəcək. Çıxış yolunu coxdan arzuladığı kilsə tikintisində görən Vanqa Müqəddəs Pyotrun adını daşıyan bu məbədin yerləşdiyi yeri deyilənlərə görə, təsadüfən seçməyib. Bu məkana gələn insanlar həqiqətən, ətrafdakı sakitlik, həzinlik, relyefin qeyri-adi görünüşü və qəbri burada yerləşən xeyirxah Vanqanın ruhu ilə bir uyğunluq təşkil etdiyini indi də deyirlər. Görücünün bacısı qızı Krasimira Stoyanovanın sözlərinə görə, Vanqa həmişə bu yerlərdə, yerdən kənar qüvvələrin təsirini hiss etdiyini deyərmiş. Arxitektura baxımından ənənədən xeyli uzaq olduğundan, əvvəlcə dini idarədə məbədin bu şəkildə tikilməsinə ciddi etiraz ediblər. Memarlar isə deyib ki, indi orta əsrlər yox, XX əsrin sonu olduğundan, belə kənaraçıxmalar dindən sapma sayılmamalıdır. Nəhayət, ölümündən iki il qabaq dini məbədin tikintisi başa çatdı.
Deyilənlərə görə, Vanqanı heç cür qəbul etməyən Ali dini qurumlar, sonda mitropolit göndərir və məbədin kilsə qanunları ilə açılışını həyata keçirir. Lakin bəzi mənbələrin və tarixi xronikanın məlumatına görə, kilsənin açılış mərasimində dini liderlər iştirak etmirlər.
Vanqa deyirmiş ki, qorxuram kilsənin açılşında mən pis vəziyyətə düşüm. Belə olsa, hər şey bitəcək. Bu səbəbdən Vanqa, son saatlarda kilsənin təntənəli açılışını təxirə salır. Ali məbədin açılışı ailə çərçivəsində keçirilir. Kilsənin divarına dini ikonalar əvəzinə, Vanqanın şəkilləri vurulur. Görücünün bacısı qızı həmin günü belə xatırlayır: "Elə bil, Vanqaya ikinci həyat vermişdilər. Adamların arasında dayanıb, sakitcə, bir az da kədərlə açılışı gözləyirdi. Ətrafda baş verənlərə elə tez reaksiya verirdi, hərdən mənə elə gəlirdi ki, bütün baş verənləri gözləriylə görür. Zarafat deyildi, düz 20 il həsrətində olduğu arzusu həyata keçirdi. Özünün uzun həyatı və ölümü, həmçinin insanların müqəddəs sayaraq gəldikləri bu məbədlə Vanqa bir daha sübut etdi ki, adamların qəzəbləri, kinləri də ötəridir, bizlərə qalan sevgi olacaq..."
Vanqa yaxınlarının ona xəyanət etdiyini bilirdi Yaxın rəfiqəsi Lüdmilanın ölümündən sonra Vanqanın səhhətində problemlər yaranır və zaman keçdikcə bu problem dərinləşir. Ömrünün sonuna yaxın o, artıq demək olar ki, heç kimi qəbul etmirdi. 1996-ci ildə Sofiyanın dövlət xəstəxanası tarixinin ən məşhur pasientini qəbul edir. Həkimlər ona süd vəzinin gecikdirilmiş xərçəngi diaqnozunu qoyurlar. 80 yaşını keçmiş qadını bu diaqnozla müalicə etmək mənasız idi. Vanqa özü də bilirdi ki, daha evə qayıtmayacaq. Ölümünə yaxın Vanqa qlobal hadisələr haqda heç bir proqnoz vermədi. Onun ölümqabağı son sözlərinin bütün bəşəriyyətə ünvanlandığı qənaətindədirlər: "Çəkişmələrə son verin, bir-birinizi sevin". Lakin şahidlərin dediyinə görə, ömrünün sonunda ən yaxın adamlarının onu aldatdığını və ölümündən sonra onun var-dövləti uğrunda əsl döyüşə başlayacaqlarını bilirdi. Doğrudan da bu, belə olur. Övladlığa götürdüyü oğlu ilə qızı və bacısı, Vanqanın var-dövləti uğrunda ölüm-dirim savaşına çıxırlar...
Onun sərvətinin həmin illərdə əlçatmaz olan məbləğdə - 5 milyon dollar civarında olması haqda statistika var. Vanqanın yaxın dostu olan Dmitri Napoleonov deyir ki, ömürün sonuna yaxın Vanqa ona zəng edərək yanına çağırır. Və dostuna görücünün diplomatlarda yığılan pullarının yaxınları tərəfindən oğurlanmasından danışıb kömək istəyir.
Çox sonralar yaxınları deyir ki, Vanqa bacısından şübhələnsə də, onun üzünə bunu heç vaxt vurmayıb, sadəcə, ən yaxın adamının bu cür münasibəti onun qəlbini həmişə incidib. Dəfnindən sonra Vanqanın vəkili hamını şoka salacaq vəsiyyətnaməsini açıqlayır.
Vanqa bütün sərvətini, evi də daxil olmaqla, dövlətə vəsiyyət edib. Napoleonovun sözlərinə görə, Vanqanın bacısı Lyuba Qaybudova və onun qızı, 1997-ci ildə vəsiyyətin ləğv olunması üçün Sofiya şəhər məhkəməsinə şikayətlə müraciət etsələr də, məhkəmə onların xahişini ləgv edir.
Vanqa 1996-cı il avqustun 11-də vəfat edir. Deyilənlərə görə ölən zaman xəstəxananın işıqları qəfildən sönür... Onu son mənzilə yola salarkən, bütün Bolqariya böyük və xeyirxah görücüyə hörmət əlaməti olaraq, bir dəqiqəlik sükutla onu yad edir.
Minlərlə insan Vanqaya qeyri-adi missiyası üçün minnətdarlığını bildirirdilər. Və deyəsən, bu insanlar yalnız indi anlamışdlılar: Vanqa da bütün qeyri –adi bacarığına baxmayaraq, adi insan idi və qismətinə çox çətin və ağır həyat düşmüşdü.
Brejnevlə 2 dəqiqəlik müəmmalı söhbət... Deyilənlərə görə, Vanqa 1942-ci ildə Hitlerə məğlub olacağı barədə xəbər vermişdi. 1962-ci ildə isə 6 aydan sonra Stalinin öləcəyi haqda proqnoz onun həbs olunmasına səbəb olur. Vanqanı həbs etdirən Stalin ona çox qəzəblənir. Yalnız düz 6 aydan sonra, 1963-cü ildə Stalin öləndən sonra Vanqa azadlığa çıxır. Bolqarıstana səfər edən L.İ. Brejnevin də onun ziyarətinə getdiyi məlumdur. Onların görüşü cəmi iki dəqiqə çəkir, nə danışdıqları isə müəmma olaraq qalır və heç kim danışığın hansı mövzuda olduğunu bilmir. Vanqa haqqında maraqlı mistik hadisələr də məlumdur. Az adam bilir ki, Vanqanın ən məşhur portretini gözüaçıq surətdə çəkmiş rəssam iş başa çatdıqdan cəmi bir ay sonra yanğın zamanı ölüb. İndi həmin portret özünün inşa etdirdiyi kilsədə saxlanılır, amma gözləri bağlı variantda ...
Kəşfiyyat orqanlarının təşkil etdiyi sirli görüşlər
Belə maraq doğuran faktlardan biri də Bolqariyanın gizli arxivləri açılanda bilinib: Dünyanın müxtəlif qitələrində yaşayan məşhur mediumlar Volf Messinq, Edqar Keysi və Vanqa bəlkə də heç vaxt rastlaşmayacaqdılar, amma onların xüsusi kəşfiyyat orqanları tərəfindən görüşü təşkil olunmasaydı. Bu görüşün təfərrüfatları indiyədək sirr olaraq qalır. Onun məşhur ekstrasens Kaşpirovskini fırıldaqçı adlandıraraq, qovduğu da məlumdur.
Uzun illər Vanqanın yanında işləmiş loğman Lüdmila Kim xatırlayır: "1990-cı ildə Vanqa xəstələnəndə, onu ziyarət etmək üçün Rupiteyə getdim. Petriç şəhərinin meri məndən görücünün nə qədər yaşaya biləcəyini soruşdu. Dedim ki, istərdim, 100 il yaşasın, ancaq məncə, 19 il yaşayar. Bundan sonra Vanqa yuxuma girdi və mənə dedi: "Lyüda, düşünürsən ki, 19 il yaşayacağam, ancaq mənim bundan sonra 6 il yer həyatım qalıb". Ümumiyyətlə, Vanqa çox vaxt mənim yuxuma girir və onun yuxuda dedikləri həyatda həqiqətən, baş verir".
Vanqa Çexoslovakiyada "məxməri" inqilabı və sovet tanklarının Praqanı işğal edəcəyini əvvəlcədən görürdü. "Praqanı xatırlayın. Praqa tezliklə akvariuma dönəcək, sərsəmlər burada balıq tutacaqlar. Bəli, bəli, məhz belə də olacaq". 1968-ci ilin avqustunda Sovet qoşunları Çexoslovakiyaya girdi.
Onun növbəti gurultulu öncəgörməsi İndira Qandinin ölümü haqda olub. 1969-ci ildə öncəgörən bildirib: "Onun narıncı -sarı paltarı onu məhv edəcək!” Doğrudan da, 1984-ci ilin oktyabrında Qandi sui-qəsd günü həmin rəngli paltarın altından zirehli jilet geyinməmişdi. 1980-ci ildə Vanqa gələcəkdən xəbər verirdi ki, XX əsrin 80-cı illərinin əvvəllərində "mühüm rəhbərlər vəzifələrindən gedəcəklər. Dəyişikliklər, böyük dəyişikliklər gözləyin". 10 noyabr 1982-ci ildə SSRİ-nin baş katibi Leonid Brejnev vəfat etdi, sonrakı baş katiblər Andropov və Çernenko isə bir il yaşadıqdan sonra dünyadan köçürlər. Bundan sonra isə dəyişikliklər başlayır - yenidənquruma. 1980-ci ildə o, "Kursk su altına gedəcək, bütün dünya onun yasını tutacaq". O zaman Kursk kimi böyük şəhərin necə suyun altında qalmasını heç kim təsəvvür edə bilmirdi. Yalnız 2000-ci ilin avqustunda, "Kursk" atom sualtı gəmisində faciə baş verəndə, Vanqanın nə demək istədiyini anlayırlar. Ekipajla birlikdə 118 nəfər suda batır.
1989-ci ildə Vanqa 2001-ci il sentyabrın 11-dəki terror aktını qabaqcadan xəbər verirdi: "Amerikada əkiz qardaşlar çökəcək, dəmir quşlar onları məhv edəcək.”
Con Kennidinin ölümünü, şahzadə Diananın həlak olmasını da bu məşhur görücü əvvəlcədən görürdü. Vanqa onu da qabaqcadan xəbər verirdi ki, "qara adam" amerikanın 44-cü prezidenti olacaq və bu, son ölkə prezidenti olacaq. Bu, doğrudur ya yox, bunu yaxın zamanlarda biləcəyik...
Vanqanın təsdiqini tapmayan proqnozları da olmuşdu - 2010-ci ilin noyabrında Üçüncü Dünya Müharibəsinin başlanması və 2014-cü ilin oktyabrında bitməsi haqda dediyi proqnoz düz çıxmadı.
“Müharibə olacaq, milyonlarla insan yer üzündən silinəcək, ərəb ölkələri... əvvəlcə heç kim inanmayacaq ...amma... ” – bu, Vanqanın son ən sirli proqnozudur.
Yeni Dünya Müharibəsi və bəşəriyyətin sonu haqda bu mistik proqnozun sirrini hələ heç kəs aça bilməyib...
Müxtəlif illərlə bağlı onun proqnozları belə idi: 2016 – Avropa faktiki boşalacaq, əhalinin sayı azalacaq.2018 – Çin dünyanın əsas dövləti olacaq.2025 – Avropada az sayda da olsa, insan yaşayacaq.2028 – Yerin yeni enerji qaynağı olacaq. Böyük ehtimalla bu, termonüvə reaksiyalarının nəzarət altına alınmasıyla əldə ediləcək. Aclıq artıq problem olmayacaq. Veneraya pilotlarla kosmik gəmilərin uçuşu başlayacaq.2033 – Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək.2043 – Müsəlman bir dövlət yenidən Avropanın yeganə hökmdarı olacaq.2046 – Süni insan orqanları yaradılacaq.2066 – Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək. Bu, ani donma yaradacaq.
2076 – İnsanlar arasında təbəqələşmə aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq.
2084 – Təbiət yenidən yaranacaq.
2088 – Yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyə içərisində yaşlanacaqlar.
2091 – Xəstəliyin müalicəsi tapılacaq.
2100 – İnsanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandırmağa başlayacaq.
2125 – Macarıstanda kosmosdan siqnal alınacaq və insanlar təkrar Vanqanı xatırlayacaqlar.
2130 – Yadplanetlilərin tövsiyəsilə su altında yaşayış koloniyaları salınacaq.
2154 – Heyvanlar yarı insana çevriləcəklər.
2167 – Yeni bir din ortaya çıxacaq.
2170 – Yer kürəsində böyük quraqlıq və qıtlıq olacaq.
2183 – Marsdakı nüvə koloniyasında xalq formalaşacaq və Yer kürəsindən müstəqillik istəyəcək.
2201 – Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək.
2256 – Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək.
2262 – Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsilə üzləşəcək.
2288 – Zaman yolçuluğu başlayacaq, yad planetlilərlə yeni təmaslar olacaq.
2299 – Fransada islama qarşı üsyan başlayacaq.
2480 – İnsanın süni yaratdığı iki günəş toqquşacaq. Dünya yenidən qaranlıqda qalacaq.
3005 – Marsda savaş başlayacaq.
3797 – Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar.
Analitik.az