On altı yaşlı azərbaycanlıdan möhtəşəm ixtira
Paylaşılma tarixi: Aug 14, 2015 6:50:5 PM
On altı yaşlı yeniyetmədən möhtəşəm ideya
On altı yaşlı İsmayıl Şirzadov kompüterlə bağlı olan bütün proqramların səslə idarə edilməsi üçün möhtəşəm bir ideya həyata keçirib. Hazırda proqramın demək olar ki, əlli faizi tam hazırdır. O, "Proqramda əsas iş kompüteri və kompüterlə bağlı olan hər şeyi səslə idarə etməkdir. Deməli, istənilən proqramı açırsınız (istəsəniz arxa planda da çalışdıraraq rahat işləyə bilərsiniz) və sadəcə görmək istədiyiniz işin əmrini verirsiniz. Məsəl üçün sadə izah edək, Chrome Browserini açmaq istəyirsiniz, siz sadəcə Open Chrome deyirsiniz, Browser avtomatik olaraq açılır. İngilscə əmrlərin tərtib olunmasında səbəb isə yaxın müddətdə proqramı dünya bazarına çıxarmaq istəməyilə bağlıdır.
Hər hansı bir proqramdan çıxmaq istədiyinizdə "Exit" sözünü deyirsiniz. Proqram özü avtomatik olaraq bağlanır. Səslə Kompüteri baglamaq və yenidən "restart" vermək də mümkündür. Kompüterdəki bütün proqramları, "file"ları, eyni zamanda "dvd" yerini belə açıb bağlamaq da mümkündür.
Əlavə olaraq, yalnız kompüterin özündəki proqramları deyil, səs ilə "web" saytları da açıb-bağlamaq (open (exit) google, youtube, facebook, ATV.az, bing, yahoo, yandex, mail.ru,vimeo və s.) mümkündür.
Hər hansı bir xəbəri və yaxud da hər hansı proqramı internetdə axtarmaq istədiyinizdə "search atv" sözünü deməyiniz kifayətdir. Sistem özü avtomatik olaraq istədiyiniz proqramı və yaxud xəbəri tapır.
Bu sistemdə əlavə olaraq gündəlik həyatda insanlarla mütəmadi olaraq səsli danışmaq da mümkündür.
Hazırda sadaladığım bu xüsusiyyətlər, özəlliklər proqramda tam hazırdır. Programda Əlavə Təkmilləşdirmə işləri ilə hələ də məşğul oluram. Bu hələ başlanğıcdır. Bu sistemi yaratmağıma əlavə köməklik edənlər yoxdur. Hədəfim yüksək keyfiyyət və istifadəçilərin rahatlığını yüksək səviyyədə təmin etməkdir" deyə qeyd edib.
Proqramın adı Mr.VOOL-dur.
Şahin Sərdarlı