Amerikalı milyarder Devid Rokfellerə altıncı dəfə ürək köçürülüb.

Paylaşılma tarixi: May 02, 2015 3:12:11 AM

Strateq.az bildirir ki, bu barədə World News Daily Report qəzeti məlumat yayıb. Ürək köçürülməsi əməliyyatı Nyu-Yorkda həyata keçirlib. Rokfellərə ilk dəfə ürək 1976-cı ildə düşdüyü avtomobil qəzasından sonra qoyulub.

99 yaşlı milyarder əməliyyatdan 36 saat sonra bəzi sualları cavablandırıb. “Hər dəfə təzə ürək qoyulanda elə bil həyat eşqi tam olaraq yenidən bədənimə dolur. Mən həyatın enerjisini duyuram”.

 “Uzunömürlüyünüzün sirri nədədir?” sualına cavabında milyarder “həyat eşqində. Sadə həyat sürmək, uşaqlarla oynamaq, sadiq dostlarla yaxşı vaxt keçirməkdə”-deyə cavab verib.

 “Mən həyatda çoxlu pul qazanmışam. Amma onların böyük hissəsini qaytarmışam. Əgər paylaşmağı bacarmırsansa almağın mənası yoxdur”-deyə Rokfeller bildirib.

 O zarafatyana 200 il yaşayacağını vurğulayb.

http://strateq.az/