Amerikada debat: İŞİD-in İslamla nə əlaqəsi var?
Paylaşılma tarixi: Mar 18, 2015 6:49:11 PM
Yaxın Şərqdə radikalların digər etiqadların daşıyıcılarına hücum etmələri və İslama qarşı olduğunu deyərək, muzeyləri dağıtmaları Amerikada bu əməllərin dini kökləri haqda qızğın müzakirələrə səbəb olub. XVI əsrdə protestantlar “Büdlərin məhvi” adlanan dövrdə heykəlləri dağıtmışdlar. Oxşarlıq varmı? Çoxları videoda nümayiş etdirilən görüntülərdə İraqdakı yaraqlıların İslama zidd olduğunu deyərək, misilsiz xəzinəni məhv etdiyini izlədi. “İndi 1015-ci il deyil, 2015-ci ildir. Lakin hələ də insanlar diri-diri yandırılır, başlar kəsilir.” Cənubi Karolinadan olan Lindsi Qraham Senatdakı dinləmələrdə diqqəti İslam Dövlətinin silahlı qruplaşmalarına cəlb etdi. Onların lideri Əbu Bəkr Əl-Bağdadi özünü orta əsrlər müsəlman imperiyasının yenidən qurulan varisinin xəlifəsi elan edib. Mühafizəkar xristian fəal Cey Sekulov İslam iddialarının həqiqi olduğunu deyir. “Onlar özlərini belə adlandırır. Onlar özlərini xəlifə də adlandıra bilir. Xəlifə İbrahim özünün dünyadakı İslamın lideri olduğuna inanır. Biz onları necə adlandırırıasa adlandıraq, onlar özləri buna inanır.”
Qanunvericilər bu məsələni müzakirə etdikcə İŞİD-in İslamla nə dərəcədə bağlı olduğu barədə debat gedir. “Mənim fikrimcə, hazırda baş verənlər dindən kəlamların oğurlanmasıdır.”
Corctaun universitetindən, İslam elmləri üzrə professor Con Esposito Qurani-Kərimdən yalnız “Kafiri harada görsən öldür” kəlamının götürüldüyünü deyir. “Məsələ burasındadır ki, həmin kəlam o vaxtlar nə xristianları, nə də yəhudiləri nəzərdə tuturdu. Bu kəlam o zamanlar Məkkəyə itaət etməyən, müsəlmanlar tərəfindən təqiblərə məruz qalan bütpərəstləri nəzərədə tuturdu. Və Qurani-Kərimdə belə deyilirdi, əgər onlar səninlə müharibə edirsə, sən də onlarla et”.
Bəzi şərhçilər Protestantlarda olduğu kimi Qurani-Kərimdə də islahatlar edilməli olduğunu deyirlər. Lakin Esposito onlara bu məsələdə ehtiyatlı olmağı tövsiyə edir. “Onlar deyirlər ki, İslamda islahatlar aparılmalıdır. Mən də bəzən öz müsəlman dostlarıma deyirəm onlar bununla genosid arzulayırlar. Çünki çox adam reformasiya deyəndə Maarifləndirməni nəzərdə tutur və yüz İllik Müharibəni unudur.”
Avropa tarixində təriqətlərarası münaqişələrin öz payı var. Professor Esposito hər zaman və hər yerdə dindən hakimiyyətdə və müharibələrdə istifadə edildiyini deyir.
http://www.amerikaninsesi.org/