Davudoğlundan Putinə sərt MESAJ: Minsk Qrupu şübhə altına düşdü –

Paylaşılma tarixi: Apr 24, 2015 4:34:51 PM

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Putinin “erməni soyqırımı”nı tanıması ilə bağlı verdiyi bəyanata münasibətini bildirib. Strateq.az bildirir ki, baş nazir Putinin bəyanatı ilə bağlı müvafiq diplomatik addımların atılacağını deyib. Davudoğlu deyib ki, bununla bağlı xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı söhbət edib və bundan irəli gələn diplomatik addımlar müzakirə olunub. “ Rusiya və Fransa prezidentlərinin İrəvana səfəri Minsk Qrupunun tərəfsizliyinə kölgə salır”-deyə Davudoğlu vurğulayıb.