Mikrokreditlər «qırmızı zonada» - PROBLEMLƏR 4 DƏFƏ ARTIB -SİYAHI

Paylaşılma tarixi: Aug 28, 2015 4:59:39 PM

Azərbaycanda problemli mikrokreditlərin həcmi kəskin artıb. Fins.az-ın məlumatına görə, 2015-ci ilin ilk yarısının yekunlarına görə, ölkədəki mikrokredit təşkilatlarının kredit portfelində problemli kreditlərin həcmi 4 dəfədən çox yüksəlib.

12 milyondan 51 milyona qalxıb

Beləliklə, 2014-ci ilin ilk yarısının nəticələrinə görə, problemli mikrokreditlərin həcmi 12 507 810 dollar idisə, 2015-ci ilinilk yarısının nəticələrinə görə, bu rəqəm 4.1 dəfə artaraq 51 774 032 dollar olub. Mikrokrelit portfelində problemli kreditlərin həcmi 1,5%-dən 7,6%-ə qalxıb. Ayrı-ayrı təşkilatlarda isə problemli kreditlərin həcmində daha böyük, hətta 10 dəfələrlə artım baş verib.

Bütün təşkilatların «problemləri» artıb

Problemli kreditlərin artımı mikrokreditləşmə ilə məşğul oan demək olar ki, bütün təşkilatlarda baş verib. Yalnız bir neçə təşkilatda problemli kreditlər ya artmayıb, ya da əvvəlki ildəki kimi qalıb. Amma ayrı-ayrı təşkilatlarda artım səviyyəsi fərqlidir.

Banklar mikrokrelit bazarında da «axsayırlar»

Azərbaycanda hazırda mikrokreditləşmə ilə 8 bank məşğul olur. Ötən ilin ilk yarısı ilə müqayisədə onların hamısında problemli mikrokreditlərin artımı baş verib. Amma bəzi banklarda bu ağlabatan həddə olsa da, digərlərində artım kəskin olub. Belə ki, «Bank of Baku»nun mikrokreit portfelində probleili kreditlərin payı təqribən 6 dəfə artaraq 2%-dən 11,6%-ə qalxıb. Məbləğ ifadəsində isə bu bankın problemli mikro kreditləri 3 milyon dollardan 12 milyon dollara yaxınlaşıb.

Amma ən böyük artım «Bank Respublika»da baş verib. Əgər ötən il bankın mikro kredit portfelinin cəmi 0,1%-i problemi sayılırdısa, indii bu rəqəm 31%-i keçib. Başqa sözlə, bankın 62 milyon dollarlıq mikrokredit portfelinin 19 milyon dollarında «qırmızı işıq» yanır.

«Dəmir bank» da özünü mikrokreditlərdə «yandırıb». Ötən il bankın problemli mikro krediti ümumiyyətlə olmayıb. Bu il isə problemli mikrokreditlər birbaşa 15,5%-ə yüksəlib. Məbləğ ifadəsində bu 6,7 milyon dollar deməkdir.

Mikrokreit bazarına yenicə daxil olan «Amrahbank»da bazarın «dadını» hiss edib. Elə birinci il bankın problemli mikrokreditləri 14,6%-ə yüksəlib. 7 milyon dollarlıq problemli kredit, və «Amrahbank» bazardakı digər bankların əksəriyyətini bu göstəriciyə görə geridə qoyub.

Əvəzində «Parabank»ın göstəriciləri yaxşılaşıb. Bankdakı problemli mikrokreditlərin payı 11%-dən 3%-ə enib. Məbləği ifadəsində isə problemli kreditlər 3 milyon dollardan 1,5 milyon dollara enib.

Mikrokredit təşkilatları da «qırmızı xətdə»dirlər

Problemli kreditlərin kəskin artımı bəzi mikrokredit təşkilatlarında da hiss olunur. Bazarın əsas oyunçularından sayılan «Finka-Azərbaycan» şirkətində problemli kreditlərin payı 10 dəfə artaraq 0,6%-dən 6,1%-ə qalxıb. Məbləğ ifadəsində isə təşkilatın problemli kreditləri ötən ilin ilk yarısındakı 300 min dollardan, bu il 2 milyon dollara çatıb.

«VISION FUND AZERCREDIT,NBCO»da isə problemli kreditlərin payı 8 dəfədən çox artaraq 0,9%-dən 8,5%ə yüksəlib. Məbləğ ifadəsində isə problemli kreditlər 177 min dollardan 1,3 milyon dollara qalxıb. «KREDAQRO»da problemli kreditlərin payı 5 dəfə yüksəlib. «VIATOR MICROCREDIT»təşkilatında isə problemli kreditlərin payı 24 dəfə artaraq 19,3%-ə çatıb. İndi bu şirkətin problemli kreditləri 1,4 milyon dollara yaxınlaşıb. Halbuki ötən il bu göstərici cəmi 80 min dollar idi. «İnkişaf Üçün Maliyyə», «TBC Kredit», «Mol Bulak» kimi təşkilatların da probleimli kreditləri yüksəlib.

Mikro kreditləşmə təşkilatları

Problemli mikrokreditlərin payı

Yanvar-iyun,2014,

Yanvar-iyun, 2015

ACCESSBANK

0,3%

2,5%

BANK OF BAKU

2,0%

11,6%

BANK RESPUBLIKA

0,1%

31,1%

DƏMIRBANK

0,0%

15,5%

Mugan Bank

1,4%

1,7%

TURAN BANK

2,5%

4,5%

FINCA Azərbaycan

0,6%

6,1%

Amrahbank

-

14,6%

PARABANK

10,9%

3%

NBC BANK

7,9%

-

VISION FOND AZERCREDIT

0,9%

8,5%

KREDAQRO

2,1%

10,5%

TBC KREDIT

4,1%

7,1%

AQRAR KREDIT

5,5%

8,9%

İNKİŞAF ÜÇÜN MALİYYƏ

1,4%

6,7%

Mol Bulak

1,3%

6,1%

VIATOR MICROCREDIT AZƏRBAYCAN

0,8%

19,3%

AQROINVEST

1,0%

1,1%

Saba Kredit

-

5,8%

AFS Kredit İttifaqı

0,0%

1,2%

KÖMAK

1,0%

1,0

BRAND CREDIT

1,0%

1,0%

Viza Kredit.

0,0%

4,9%

Avrasiya-Kredit

7,0%

7,2%

CAUCASUS CREDIT,

1,8%

6,7%

FINANCE INVEST

0,6%

1,2%

Azmicroinvest

-

0,0%

CASPIAN INVEST NBCO

0,0%

1,2%

Xazar

10,9%

19,5%

REFINANCE

0,0%

-

AZERISTAR MICROFINANCE

1,3%

-

Ümumi

1,5%

7,6%