Füzulinin icra başçısı başını itirib

Paylaşılma tarixi: Apr 27, 2015 11:50:43 AM

Fikrət Fəraməzoğlu: «Alı Alıyevin polisin əliylə bizi təhdid etməsi qanunsuzluğun və özbaşınalığın son həddidir»Xəbər verdiymiz kimi, Füzuli rayonunun İcra Hakimiyyətinin başçısı Alı Alıyev onun haqqında yazdığımız tənqidi mateiallara dözümsüzlük nümayiş etdirərək, bizimlə bağlı polisə müraciət edib. JAM.AZ xəbər verir ki, Füzuli Polis Şöbəsinin təhqiqatçısı Orucova həvalə olunmuş təhqiqat işində bizim guya, icra başçısına böhtan atdığımız məsələ araşdırılır.  Qeyd edək ki, bununla bağlı məsələ barəsində JAM.AZ rəhbərliyinə elə sözügedən polis işçisi məlumat verib və bildirib ki, yaxın günlərdə təhqiqatçılardan biri baş redaktoru Fikrət Fəraməzoğlu ilə əlaqə saxlayaraq, onundan izahat alacaq.  Bildirək ki, mətbuatda dərc olunmuş hər hansı bir məlumatda böhtan, təhqir və ya şərəf və ləyaqətin aşağılanması halları olarsa, məsələ bilavasitə məhkəmədə araşdırılmalı və qərar çıxarılmalıdır. Polisin bu işə qatılması qanunla qadağandır və bizə hələ də qaranlıqdır ki, Füzuli Polis Şöbəsi edilən müraciətə niyəbaxmağı üzərinə götürüb.

 Füzuli İcra Hakimiyyətinin belə bir addım atmasının qəribə tərəflərindən biri də odur ki, onlar bu addımları ilə bizi qorxutmağa çalışırlar. Necə ki, bunu Füzuli rayon İcra Hakimiyyətinin böyük mütəxəssisi Namiq Məmmədov da təsdiqləyib. «Fikrət Fəraməzoğlunun yazdıqları tam sübutsuzdur. Mən bilirəm ki, həmişə dahi şəxsiyyətlər barəsində çox danışırlar. Biz polisə müraciət etməklə Fərəməzoğluya və digər jurnalistlərə dərs vermək istədik ki, bir daha Alı Alıyev barəsində artıq şeylər yazmasınlar”.

 Məsələ ilə bağlı açıqlama verən JAM.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlu bildirib ki, Alı Alıyevin bu hərəkəti tam qanunsuzdur. «Əvvəla, qanunda da gösərilib ki, böhtan predmeti varsa, məsələ məhkəmədə həllini tapmalıdır. Amma görünən və bilinən odur ki, Füzulinin icra başçısı qanunları da bir kənara qoyaraq, özünü gülünc vəziyyətinə salıb. Çünki bizi polisin əliylə təhdid edərək, qorxutmağa çalışır. Ki, bunun özü də qanunsuzluq və özbaşınalıq deməkdir. Alı Alııyev sözün həqiqi mənasında başını itirib. Onun işində dönüş yaratmaq əvəzinə, polisi əməllərinə alət etməsi isə biabırçılıqdır».

 JAM.AZ-ın baş redaktoru onu da vurğulayıb ki, Alı Alıyevin polis vasitəsi ilə baş redaktoru hədələməsi və təhdid etməsi özü də məhkəmə predmetidir. «Mən hazırda vəkil dostlarımla məsləhətləşmələr aparıram. Bununla bağlı məhkəməyə müraciət edərək, qanuni tədbirin görülməsi fikrindəyəm. Qaldı ki, polis vasitəsi ilə bizi qorxutmaq cəhdlərinə, Alı Alıyev unutmasın ki, bununla bizi yolumuzdan çəkindirmək mümkün deyil. Və məsləhətimiz odur ki, icra başçısı işində dönüş yaratsın. Daha bizimlə, bu şəkildə davranmağa çalışmasın».

http://www.xeber.info/