Tacikistan prezidentindən dünyanı şoka salacaq addım...
Paylaşılma tarixi: Apr 23, 2015 5:20:44 PM
Paytaxt meri şəhərdə qadınlara qara rəngli geyimlər geyinməyi qadağan edib. Moderator.az tacik mətbuatına istinadən xəbər verir ki, paytaxt Düşənbənin meri Mühəmmədsəid Ubaydullayev şəhərin bütün ticarət şəbəkələri və dükanlarında tacik xalqına yad mədəniyyətə məxsus qadın və qız geyimləri ilə bağlı sərəncam imzalayıb.Sərəncama əsasən bundan sonra ticarət şəbəkələrində qara rəngli geyimlərinin satılması qadağan edilir.Şəhər meri bunu ölkə başçısı Emomali Rəhmanın bu ilin 8 mart bayramı ərəfəsində çıxışından nəticə götürərək qərar verib. O zaman Tacikstan prezidenti Emomali Rəhman bəyan edib ki, qədim tarixdə belə tacik xanımları heç hüzr mərasimlərində belə qara rəngli paltar geyməyib: “Tacik xanımları hər zaman al-əlvan gözəl geyimlər geyib. Hətta yas mərasimlərində belə qara paltar geyməyiblər. Amma indi nə səbəbdənsə bir çox tacik xanımları qara rəngli paltarlar geyinməyə üstünlük verirlər. Bir çoxları bunu dəb xatirinə etsə də, bəziləri bu geyimlə ölkəmizdə ekstremist dini cərəyanların güclü olması haqqında fikir formalaşdırmağa çalışır.
Ölkə başçısının bu bəyantından sonra polis əhali arasında yad mədəniyyətə məxsus geyimləri geyinənləri sorğuya cəlb edib.