Məkkə faciəsindən miqyasca daha böyük faciə -İranın Bağdadda təşkil etdiyi tədbirdə 2000 nəfər necə öldü (Foto)

Paylaşılma tarixi: Sep 28, 2015 5:57:48 PM

Məkkədə Mina dağında baş verən və 700-dən çox zəvvarın dünyasını dəyişməsi ilə nəticələnən faciə siyasi təbliğat vasitəsinə çevrilib.

Avropa.info xəbər verir ki, bu məsələdə ən fəal rolu Səudiyyə Ərəbistanının dini-siyasi rəqibi İran oynayır. Faciə baş verəndən az sonra, İranın siyasi təsirində olan Livan "Hizbullah"ının nəzarətindəki qəzetlər faciəyə guya ki, Səudiyyə Ərəbistanı kralının oğlu Məhəmməd bin Salmanın kortejinin səbəb olduğunu yazdılar. İran mediası da, bunu həmən tirajladı.

İran tərəfindən 35 yaşlı Məhəmməd bin Salmanın hədəf seçilməsi də adi deyildi. Axı, Səudiyyə Ərəbistanının Yəməndə İranın dəstəklədiyi husi qiyamçılarına qarşı keçirdiyi əməliyyata bu 35 yaşlı gənc rəhbərlik edir.

Ardınca isə, İran mediası Həcc ziyarətində şeytana atılan daşların guya pulla satılması ilə bağlı ucuz antitəbliğata start verdi. İslama nifrəti ilə seçilən Qərb medası da İranın bu antitəbliğatından eninə-uzununa istifadə etdi və hələ də yararlanmaqda davam edir. Halbuki, bunun ağ yalan olduğunu və böhtan xarakteri daşıdığını Türkiyə mediası dəlillərlə sübuta yetirdi.

Başqa bir ilginc məqam isə, İranın sanki baş verən faciəni gözləyirmiş kimi, dərhal hücuma keçməsidir. Təsəvvür edin ki, faciə baş verən kimi İrandan Həccə gedən zəvvarlar küçələrə tökülür və şuarlarla küçə yürüşü keçirməyə başlayırlar. (Yeri gəlmişkən Azərbaycanda fəaliyyət göstərən bəzi İranmeylli saytlar da bu hadisəni sanki böyük bir qəhrəmanlıq kimi tirajlayıblar :red) İranlıların Məkkədə mitinq-küçə yürüşü keçirdiyi anlarda şəhərdə kəskin tıxac yaranmışdı, təhlükəsizlik xidməti, təcili yardım maşınları yaralıları xəstəxanaya daşıyırdı. Belə bir məqamda sanki, haradansa tapşırıq gəlirmiş kimi küçələrə tökülüb, böyük bir tuneli bağlamaq nə anlama gəlir?

Digər tərəfdən Həcc ziyarəti konkret şərtləri olan bir ritualdır. Həcc ziyarəti elə bir ibadətdir ki, bunun şərtlərindən kənara çıxmaq konkret şəkildə olmaz səddini qoyur. Həcc ziyarətinin şərtləri arasında mitinq, küçə yürüşü, piket keçirmək varmı?

Təbii ki, Məkkədə baş vermiş faciəyə görə, Səudiyyə rəhbərliyinin işi düzgün şəkildə təşkil etməməkdə səhvləri vardır. İlk növbədə müəyyənləşdirmək lazım idi ki, Məkkə kimi ərazisi kiçik olan şəhərin 4 milyon zəvvarın qəbul etmək imkanı var, yoxsa yox? Digər tərəfdən zəvvar qruplarına da ciddi nəzarətə ehtiyac vardı ki, sonuc etibarilə bu tipli faciələrin qarşısının alınmasına bir səbəb olsun.

Lakin, ittiham edənin özündə belə faciə yaşanmayıbmı?

2005-ci ilin 31 dekabrında İrandan İraqın Bağdad şəhərinə ziyarətə gedən iranlılar nə az, nə də çox düz 2000 nəfərin ölmünə səbəb oldular.

Bağdadda Əl-Kazimiyə türbəsini ziyarətə gedən iranlılar, iraqlılar və digər ölkələrdən gəlmiş insanlar Dəclə çayı üzərində yerləşən "İmamlar körpüsü"ndən keçərkən dəhşətli faciəyə səbəb oldular. Körpünün çökməsi nətəcəsində insanlar Dəclə çayını düşüb məhv oldular. Yeri gəlmişkən, bu tədbirin təşkilatçısı məhz İraqın İrandan aslı hökuməti ilə birlikdə elə İran hökumətinin özü idi. Lakin, dünyada heç bir dövlət bu hadisədən şəxsi siyasi ambisiyalarına görə istifadə etmədi. Hər kəs İrana kömək təklif etdi, başsağlığı verdi...

Avropa.info