“Putin Rusiyasıın sonu gəldi”

Paylaşılma tarixi: Feb 28, 2015 12:19:4 PM

Vasif ƏfəndipolitoloqMoskvanın mərkəzində inanılmaz həyasızlıq və qətl baş veridi. Boris Nemtsov Moskvanın orta göbəyində 4 güllə vurularaq öldürüldü. Nemtsov Rusiya siyasətinin ən tanınmış nümayəndələrindən olması ilə yanaşı demokratik cəmiyyətin qurulması üçün mübarizə aparan ən tanınmış siyasətçi idi. Putin hakimiyyətini kəskin tənqid edən Nemtsov prezident seçkilərində müxalifətin ən şanslı namizədi idi. Boris Nemtsov Putinin onun ölümünü sifariş edəcəyini sobesednik.ru saytına verdiyi müsahibəsində demişdi. O öz ölümüylə Putinə ən ağır və öldürücü zərbəni vurdu. Bundan sonra əminliklə deyə bilərəm ki, Putinin hakimiyyətdə qalması mümkün olmayacaq. Putin Rusiyasıın sonu gəldi.http://avrasiya.net/