YAP-ın yeni namizədi Nəsib Məhəməliyev bunu da etdi - BALAKƏNLİLƏR AYAĞA QALXIR

Paylaşılma tarixi: Sep 21, 2015 4:4:39 PM

Bir neçə gün bundan öncə dövlət başçısının məlum sərəncamı ilə Bakı şəhərində bir neçə rayonun icra başçılarının yeri dəyişdirildiBu sərəncamda yalnız başqa yerə təyinat ala bilməyən Nəsimi rayonunun sabiq icra başçısı Nəsib Məhəməliyev oldu.Son günlər sabiq başçı kiv-ə məlumat sızdırır ki, güya onun özü vəzifəsindən azad olunması üçün bir neçə dəfə şəxsən dövlət başçısına müraciət edib. Balakən rayonundan sabiq başçı Nəsib Məhəməliyevə yaxın olan mənbə qeyd edir ki, bütün bu deyilənlər yalandır. Uzun illər hansı ki, Nəsib Məhəməliyev Nəsimi rayonunda icra başçısı vəzifəsində çalışırdı. Bu dövrlərdə rayon üçün ayrılmış dövlət vəsaitləri sabiq başçı tərəfindən mənimsənilib. Dövlət başçısına bütün bu olanlar barəsində məlumat verilib, eyni zamanda Nəsib Məhəməliyevin Bakı şəhəri ərazisindəki dəyəri milyardlarla ölçülən obyektlərinin ünvanı ilə birlikdə siyahısı prezidentə təqdim olunub. Buna görə də məlum sərəncamda dövlət başçısı sabiq başçıya etimad göstərməyərək onu vəzifəsindən azad edib.Mənbəmiz qeyd edir ki, Nəsib Məhəməliyevin Balakən rayonundan deputat olmaq istəyi onun arxa-dayağı sayılan nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə həyata keçirilməlidir. Burada bir neçə məqsəd güdülür. Əvvəla Nəsib Məhəməliyevin nazir Ziya Məmmədovla bir neçə müştərək obyekti var. Digər tərəfdən sabiq başçı bu vaxtadək əldə etdiyi mal-mülkün əlindən çıxmasını göz önünə alaraq onların qorunmasını məhz deputat olmaq ilə təmin etmək istəyir.Rayonda ictimaiyyət və əhalinin fikri

Nəsib Məhəməliyevin Balakən rayonunda demək olar ki, heç bir nüfuz və dəstəyi yoxdur. Hazırda sabiq başçının ətrafında rayonda imkanlı, nüfuzlu şəxslərdən demək olar ki, heç biri yoxdur. Rayon ziyalılarından bir neçəsi cumhuriyyet.az-a danışaraq bildirib ki, müəyyən adamlar var ki, olduqca kasıb vəziyyətdə yaşayırlar. Həmin adamlar Nəsib Məhəməliyevdən pul qopartmaq naminə onun ətrafına toplaşıb və seçkidə ona dəstək olacaqları vədini veriblər. Ancaq bu baş tutan deyil. Əvvəla ona görə ki, Nəsib Məhəməliyev uzun müddət Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu adam bir nəfər kasıb, imkansız adama əl tutmayıb. Bu şəxsin işi-peşəsi pul, mal-mülk toplamaq olub. Bir sözlə desək, ev tikən yox, ev yıxan olub. Vaxtı ilə onun qəbuluna gələnləri icra hakimiyyətində polislərə, ətrafında olan şillə vuranlara döydürürdü. İnsanlara yuxarıdan aşağı baxırdı. Nəsib Məhəməliyevin dövründə rüşvət, məmur qudurğanlığı heç vaxt olmadığı qədər yüksəklərə qaldırıldı. Həmin dövrlər niyə fikirləşmədi ki, bu günün sabahı da var? Axı bu illər ərzində Balakənə, Balakənlilərə Nəsib Məhəməliyev nə verdi ki, indi də gəlib onlardan deputat olmaq üçün səs istəyir? Əgər Nəsib Məhəməliyev balakənlilərin başına açdığı oyunları unudubsa, bizlər bunu unutmamışıq. Rayon səhiyyəsini, təhsilini məhv etdi. Rüşvət hesabına nə qədər ki, savadsız, danqabaş adamlar var idi, hamısını yığıb vəzifələrə doldurdu. Onun səpdiyi toxumlar Balakəni hələ də ağrıdır. Hesab edirik ki, həm sadə Balakənlilər, həm də rayon ziyalıları Nəsib Məhəməliyevi yaxşı xarakterizə etmir və onun Balakən rayonundan millət vəkili seçilməyinə də səs verməyəcəyik. Əgər o rüsvay olmaq istəmirsə bu inadından əl çəkməlidir. Nə istəyir? Uzun illər həm Balakəni, həm də Nəsimi rayonunu çapıb talayıb. Yığdıqları indən belə yeddi nəslinə də yetər. Ümumiyyətlə, Nəsib Məhəməliyevin Balakən və balakənlilərin adından danışmağa heç bir haqqı çatmır. Biz dövlət başçısı cənab İlham Əliyevə müraciət etmişik ki, əgər Nəsib Məhəməliyev yenidən Balakənə bu dəfə deputat qismində urcah ediləcəksə bzilər bütünlüklə bu seçkini boykot edəcəyik.

Rayon icra hakimiyyətindəki mənbə

Balakən rayon icra hakimiyyətindəki mənbə bildirib ki, Nəsib Məhəməliyevin bu ərazidən deputat olmasını nə əhali, nə də ki, rayon rəhbərliyi istəmir. Şəxsən bu məsələdə Nəsib Məhəməliyevə mane olmaq üçün icra başçısı İslam Rzayev həm dsk, həm də ayrı-ayrı məmurlara gizli göstəriş də verib. Ancaq onu da qeyd edim ki, rayon icra hakimiyyətində başçının sağında, solunda gəzənlər artıq Nəsib Məhəməliyevlə gizli danışıqlara gediblər. Bunların rayon haqqında gələcək planları da var. Belə ki, Nəsib Məhəməliyev deputat olacağı təqdirdə məlumdur ki, öz adamını başçı etmək üçün İslam Rzayevin vurulması əməliyyatına start veriləcək. Bu planda İslam Rzayevin başçı gəldikdən sonra tutduğu vəzifəsindən azad etdikləri şəxslər də yer alıblar. Bir sözlə, belə getsə rayonda böyük qarşıdurmalar ola bilər. Çünki Nəsib Məhəməliyevin emissarları açıqca təxribata gedirlər. Onlar yaxın günlərdə Qabaqçöl ərazisində də bu təbliğatlara başlamaq niyyətini güdürlər. Balakən çox millətli, eyni zamanda Rusiya, Gürcüstan ilə sərhəd rayondur. Burada azacıq səhv dövlətimiz üçün baş ağrısına çevrilə bilər. Ancaq bunlar nə edirlər, nə fikirləşirlər, hansı ağıla qulluq edirlər, baş çıxarmaq olmur. Açığı mən şəxsən istəyirəm ki, bu oyunlardan uzaq olmaq üçün ərizəmi yazıb işdən gedim.

Radaksiyadan:Balakəndən deputat olmaq istəyən Nəsib Məhəməliyev və icra başçısı İslam Rzayevin bir-birilərinə qarşı apardıqları gizli mübarizənin detallarını araşdırırıq. Bu mübarizədə hansı məmurlar yer alıb, kimlərə hansı missiyalar tapşırılıb araşdırmamızı sona yetirən kimi dəyərli oxucularımızın diqqətinə təqdim edəcəyik.

Balakəndən Nəsib Məhəməliyevə görə daha sərt mesaj

Bir neçə gün bundan öncə Balakən rayonundan ictimaiyyət nümayəndələri müraciət ünvanlamışdılar. Həmin müraciətdə noyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərində Nəsib Məhəməliyevin Balakən rayonundan namizəd olmaq istəyinə qarşı sərt mesajlar öz əksini tapmışdı.Nəsib Məhəməliyev bir neçə gün bundan öncə dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi rayon icra hakimiyyəti başçısı vəzifəsindən azad olunub və etimadı doğrultmadığına görə ona yeni təyinat verilməyib. Sabiq başçı hazırda deputat olmaq sevdasına düşüb.Belə ki,o bir neçə gün bundan öncə kiv-ə açıqlamasında Balakən rayonundan deputat olmaq üçün seçkilərə qatılacağını bildirmişdir.Ancaq görünən budur ki,Balakən və balakənlilər bu məsələyə sərt etiraz edirlər. Bununla bağlı Balakən ictimaiyyətinin 17 nəfərdən ibarət bir qrup ziyalısı daha sərt bəyanat xarakterli növbəti mesajını göndərib.Həmin müraciəti dəyərli oxucularımıza təqdim edirik.

Bizlər 17 nəfər ziyalı bu müraciəti imzalarımızla təsdiq edərək sizə yenidən dərc olunması üçün göndəririk.Balakən ictimaiyyəti və ziyalıları adından.Bu günlərdə Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsindən vurulan Nəsib Məhəməliyev kiv-ə verdiyi müsahibəsində vurulmadığını,işdən azad olunduğunun onun üçün surpriz olmadığını qeyd etmişdir.Nəsib Məhəməliyev bu məsələnin bir müddət öncə cənab prezidentlə razılaşdırıldığını qeyd edir və faktiki gözə kül üfürməklə məşğul olur.Balakən ictimaiyyəti olaraq birmənalı şəkildə bildiririk ki,bütün bu açıqlamalar,Nəsib Məhəməliyevin növbəti uydurmalarıdır. O,bununla rayon ictimaiyyətini çaşdıraraq olmayan nüfuzunu və uzun illər haram,oğurluq,talan yoluyla yığdığı pulunu və mal-mülkünü qorumaq istəyir. /cumhuriyyet

Xatırladaq ki, Sentyabr ayının 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. 7News.Az YAP-ın rəsmi saytına istinadla xəbər verir ki, iclasda 1 noyabr 2015-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən müvafiq seçki dairələri üzrə namizədlər təsdiq olunub. Siyahıda 109 saylı Balakən seçki dairəsindən Məhməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb.

7News.Az