Saakaşvilidən sensasion Azərbaycan açıqlaması..
Paylaşılma tarixi: May 12, 2015 4:1:12 PM
“Gürcüstan hökuməti ilkin layihə dəyəri 700 milyon avro olan karbamid zavodunun tikintisinin dayandırılması barədə qərar verib. Azərbaycanla bu zavodun tikintisinə dair danışıqları mənim hökumətim aparıb. Bu layihə Poti şəhərindən ötrü əsl xilaskar rolunu oynamalı idi”.Virtualaz.org saytı xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz facebook səhifəsində çıxış edib.M.Saakaşvilinin sözlərinə görə, SOCAR bu qədər böyük ölçüdə investisiya qoymağa ona görə razılaşmışdı ki, Gürcüstanda heç kim Azərbaycanın Dövlət Neft Şirkətindən nə rüşvət istəməmiş, nə də “otkat” tələb etməmişdi.“Karbamid zavodunun açılması on minlərlə yeni iş yeri demək idi. Lakin belə görünür ki, bu məsələ Gürcüstanın indiki rəhbərliyini əsla maraqlandırmır. Bu layihənin icrasının dayandırlmasının səbəbi var. Səbəb də odur ki, Gürcüstanın Energetika Nazirliyi SOCAR-dan zavodun səhm-nəzarət paketinin ona verilməsini tələb edir. Gürcüstanın indiki rəhbərliyi isə indi riyakarcasına bəyan edir ki, o, bu zavodun tikintisinin davam etdirilməsində guya maraqlıdır. Belə deyil. Bu açıqlamanı sadə dilə çevirəndə bu nəticə alınır: Gürcüstan hökuməti öz beynəlxalq öhdəlikləri barədə düşünür, yeni iş yerləri açmaqda isə maraqlı deyil. Onları yalnız öz şəxsi qazancları düşündürür” - deyə M.Saakaşvili yazır.
Qeyd edək ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze SOCAR tərəfindən Gürcüstanda inşa edilən karbamid zavodunun tikintisinin dayandırılmasını “layihənin maliyyə baxımından əlverişli olmaması” ilə izah etmişdi.
http://conflict.az/