Fransa Rusiyanın ən məşhur bankının hesablarına həbs qoydu
Paylaşılma tarixi: Jun 18, 2015 5:50:2 PM
Fransanın hüquq mühafizə orqanları Rusiyanın məşhur VTB bankının fransız şöbəsinin hesablarına həbs qoyub.
Strateq.az RBK-ya istinadən bildirir ki, bu barədə VTB-nin rəhbəri Andrey Kostin bildirib.
Onun sözlərinə görə, bu həbs rus diplomatlarının bir sıra bank hesablarına tətbiq olunub.
“Səhərdən bu hesablar dondurulub. Diplomatıarn hesablarını aça bilsək də, rus şirkətlərinin hesabları dondurlub. Biz hazırda vəkilərlə bu məsələni həll etməyə çalışırıq” - deyə o, vurğulayıb.
Rusiya prezidentinin köməkçisi Belousov bu hərəkəti qanunuz adlandırıb və məhkəməyə müraciət edəcəklərini bildirib.
Dünən həmçinin Belçika Rusiyanın borclarına görə, onun dövlət əmlakına həbs qoyub.
X.SƏFƏRLİ