Navalny-nın Nemtsovun dəfnində iştirakına icazə verilməyib

Paylaşılma tarixi: Mar 02, 2015 7:45:37 PM

Moskva məhkəməsi Kremlin əsas tənqidçilərindən biri Aleksei Navalny-nın qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun dəfnində iştirak etməsi ilə bağlı müraciətini rədd edib. Navalny hazırda kütləvi tədbirlər zamanı qayda-qanunu pozma ittihamı ilə administrativ cəza çəkir. O martın 3-də dəfn mərasimində iştirak etmək üçün 24 saatlıq azadlığa braxılmasını xahiş etmişdi.Amma məhkəmə bildirib ki, Navalny möhkəm xəstələnəcəyi və yaxın qohumunun öləcəyi halda müvəqqətiazad oluna bilər.Navalny fevralın 19-damartın 1-nə planlaşdırılan etiraz mitinqi ilə bağlı vərəqələr yaydığına görə, 15 günlük həbs cəzasına məhkum edilib.Həmin mitinq isə fevralın 27-də Moskvada qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun xatirə mitinqinə çevrlidi.

http://www.azadliq.org/