Rusiyadan Putinə sərt etiraz: Sən uduzdun, Vova!

Paylaşılma tarixi: Nov 30, 2015 6:47:58 PM

Vladimir Putinin son iki ildəki siyasəti Rusiyanı bütün dünyadan təcrid edib. Bu vəziyyət Rusiya ictimaiyyətinin bir hissəsində narazılıqla qarşılanıb. Son günlər Rusiyanın ilə Türkiyə arasında münasibətlərin az qala müharibə həddinəgəlməsi Putinin özünütəcrid siyasətinin tənqidşilərini fəllaşdırıb. Rusiya mətbuatında Putinin Suriya türkmənlərini vurmasının, Türkiyənin hava sərhədlərinin pozmasının və bu unsidentdən sonra da gərginliyin artmasına yönələn addımlarının Rusiyanın dövlət maraqlarına ciddi zərbə olması haqqında silsilə yazılar dərc olunur.

Belə yazılardan birini bu gün “Rusiya xəbərləri” saytında dərc edilib. Rusiyanın tanınmış müxalifətçi yazarlarından biri olan Natalya Qulyevskaya Türkiyənin hava sərhədlərinin pozulması və ümumilikdə Putinin Suriyada hərbi iştirakı fonunda Rusiya üçün bu ağır nəticələrərin gözlənilməz olmadığını bildirib.

Müəllif yazısında qeyd edib ki, Putunun səbatsız siyasəti nəticəsində Türkiyə Yaxın Şərqin şəriksiz liderinə çevrilib.

Yazıda Kremlin və Putunin ünvanına aşağıdakı sərt fikirlər yer alıb: “Kreml bütün riskləri hesablamadı. Kartların “kolodu” əvvəlcədən düzülübmüş və bu “kolod” Putinin yox, başqasının əlində imiş, həm də kartlar hələ iki il əvvəl paylanıbmış. Sən uduzdun, Vova, Rusiyanı uduzdun, bizim hamımızı uduzdun. Sən elə bir dövlətlərin əhatəsinə düşdün ki, onlara cəmiyyətin inkişafının başqa alternativi lazım deyil. Artıq çoxdandır ki, dünyanın ağıllı adamları bütün məsələləri razılaşıblar və bölüşüblər. Biz səkkizliyə daxil idik, beynəlxalq sazişlərimiz vardı, Budapeşt memorandomuna və BMT-də veto hüququna malik idik. Rusiya bütün dünyada, bütün əhəmiyyətli və əhəmiyyətsiz münaqişələrdə və mübahisələrdə hüququn bir subyekti idi! Bütün bunları necə sovura bildin, Vova? Sən bütün bunları Əsəd rejimin bir hessəsinə çevrilmək istəyinə qurban verdin, əvəzində Türkiyədən bir “şillə” aldın, bununla da bizə yerimizi göstərdilər”.

bastainfo.com