Qaranlıq məqamlar

Paylaşılma tarixi: Nov 16, 2017 7:6:12 PM

Qaranlıq məqamlar

Şəkidə qanunsuz tikilən evlərin sökülməsinə sərəncam verilib. Əsasən çöl yol adlandırılan ərazidə dövlət torpaqlarında tikilən qanunsuz evlərin sökülməsinə başlanıb. Çox maraqlı hadisədir. Həmin ərazidə sayını dəqiq deyə bilmərəm yəqin 100 dən çox evlər tikilib. Neçə illərdir həmin ərazidə evlər tikilməkdə davam edib, yəqin evlərin tikilməsindən rayon rəhbərliyinin xəbəri olmayıb. Bəs onda həmin torpaqlarda evlərin tikilməsinə və torpaq sahələrinin sakinlərə satılmasında hası qurum iştirak edib.Heç olmasa ilk öncə onlara icazə verən məmurlar haqqında cəza tədbiri görəydilər ki, sakinlərdə bilərdilər ki,səhv edib ev tikiblər.

Yxşı bunlar bir yan birdən - birə nə baş verib qışın bu çağında sakinləri çölə atıb evlərini sökürlər.Bunu yayda etsəydilər daha məqsədə uyğun olardı.Adicə kirayəşini qış ayında çölə atmaq qadağandır bunuda olsa bilmirlər. Burda nəsə hələ açıqlanmayan məqamlar var. Yəqin həmin ərazi kiminsə marağına səbəb olub. Ya da həmin ərazidə nəsə geniş miqiyaslı tikinti işləri aparılacaq və yaxud həmin ərazi Bələdiyə qurumuna veriləcək bu da ki, aydın məsələdir satışa hazırlıq gedir. Birdə onu rəhbərliyin yadına salmaq istəyirəm ki, həmin ərazi sel altında qalan ərazidir yaxı keçmişdə Quru çayın daşması nəticəsində həmin ərazi suyun altında qalmışdır. Atalar deyib su gələn arxa birdə gələr nəzərə alın.

Sadıq Fətəliyev