Rusiyadan Azərbaycana böyük köç başladı – AZAL çatdırmır…
Paylaşılma tarixi: Apr 09, 2015 10:41:42 AM
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Boeing 787 Dreamliner” Bakı-Moskva aviareysi ilə ilk uçuşunu həyata keçirirb. “APA-Economics” “Aviation Explorer” nəşrinə istinadən xəbər verir ki, “Arzuların layneri” bu gün “Domodedovo” hava limanına enib. Qeyd edək ki, Bakı-Moskva-Bakı marşrutu ilə gündəlik 4 aviareys yerinə yetirilir. Məlumatda qeyd edilir ki, cari ilin may ayının 1-dən etibarən AZAL əlavə olaraq gündəlik 4 reys və həftənin cümə axşamından bazar gününədək yerinə yetiriləcək 2 reys açmaq niyyətindədir. İstiqlal.az bildirir ki, reyslərin artmasına səəbəb azərbaycanlıların kütləvi şəkildə Rusiyanı tərk etməsi ilə bağlıdır. Bu barədə Hava Limanındakı mənbələrdən məlumat daxil olub.cumhuriyyet.az