Qubad İbadoğlu prezidentin qərarına dəstək verdi
Paylaşılma tarixi: Sep 21, 2015 5:5:37 PM
"Neft bölməsinin ildən ilə kiçildiyi şəraitdə , eləcə də Azərbaycanın Asiya və Avropa arasında beynəlxalq nəqliyyat dəhlizi rolunu oynadığı dönəmdə təsərrüfat və kommersiya fəaliyyətinə malik olan dəmiryol nəqliyyatının bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyətinin tərkibindən çıxarılması düzgün yanaşmadır." Bunu iqtisadçı alim Qubad İbadoğlu prezident İlham Əliyevin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmanı ilə bağlı Facebook səhifəsində yazıb. "Odur ki, dəmir yolu xidmətlərinin genişləndiyini, Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutlar üzrə regional tranzit daşımalarında Azərbaycan dəmir yollarının iştirakının və bununla əlaqədar bu sistemdə yük və sərnişin daşınmalarının həcminin genişləndiyini, eləcə də digər nəqliyyat infrastrukturları ilə dəmiryolu arasında rəqabətli mühitin təmin edilməsinin zərurliyini əsas götürərək, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmanı təqdir edirəm. Fikrimcə, bu çür qərarlar davam etməli, təsərrüfat və kommersiya fəaliyyəti ilə məşğul olan digər strukturlar, o sıradan da "Avtonəqliyyatservis"in də Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılması yolu bu sahədə dövlət idarəetmə sistemi daha da təkmilləşdirilməlidir. Çünki, bu halda nəqliyyat sferasında ayrı-ayrı həlqələr arasında rəqabətli mühit yaratmaqla və ondan qaynaqlanan keyfiyyətli nəqliyyat xidmətləri göstərməklə, həmin sistemdə izafi xərc tutumuna malik olan struktur elementlərini özəlləşdirmək, mövcud vəsaitlərdən daha səmərəli istifadə edib həm təsərrüfat fəaliyyətinin təkmilləşdirmək və həm də dövlət büdcəsinə daha çox töhfə vermək olar", - Qubad İbadoğlu yazıb.
http://musavat.com/