Bu valideynlərə pul ayrılacaq - SƏRƏNCAM
Paylaşılma tarixi: Feb 05, 2015 4:14:56 PM
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qanunda dəyişiklik edilib. Lent.az-ın məlumatına görə, bu barədə dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün vəsait (pul) ayrılacaq.