SOCAR benzini yenidən ucuzlaşdırdı

Paylaşılma tarixi: Feb 10, 2015 6:47:26 PM

 SOCAR şirkəti Gürcüstanda yanacağın qiymətini endirməyə davam edir.

Axar.az xəbər verir ki, ARDNŞ-nin törəmə şirkəti olan “SOCAR Georgia” fevralın 6-dan etibarən bu ölkədə satılan “Premium” markalı benzinin qiymətini 1,79 laridən (69 qəpik) 1,74 lariyə (67 qəpik) endirib.

 Qeyd edək ki, Gürcüstanda satılan “Premium” markalı benzin ölkəmizdə satılan eyni markalı benzindən hazırda 28 qəpik ucuzdur.

 Xatırladaq ki, SOCAR ötən il dekabrın 15-dən bu yana Gürcüstanda satdığı yanacağın qiymətini 6 dəfə endirib.- See more at: http://axar.az/news/43106#sthash.MxkeBLJR.EIe74pJb.dpuf