Ölümsüzlüyün sirrini tapdı

Paylaşılma tarixi: Jan 30, 2015 6:12:40 PM

Alimlər 

Stenford alimləri sensasion xəbər yayıblar.

 Ölkə.Az il24.ru saytına istinadən xəbər verir ki, Stenfor Universitetinin tədqiqatçıları telomerlərin bərpası üsulunu tapıb. Telomerlər orqanizmin qocalmasına cavandeh olan xromosomların son hissələridir. Telomerlər hər hansı informasiya daşıyıcıları deyillər. Telomerin uzunluğu hüceyrənin yaşını bildirən əsas faktorlardan biridir.

 Stenford alimləri telomerlərin modifikasiya edilmiş Ribonuklein turşusu vasitəsilə uzadan texnologiya hazırlayıblar. Bu cür Ribonuklein turşusunun insan hüceyrələri mühitinə daxil edilməsi telomeraz aktivliyini bir gündən iki günədək uzada bilər. Bu müddət ərzində telomeraz telomerin uzunluğunu artırır və proqramlaşdırılmış Ribonuklein turşusu tamamilə dağılır.

 Lakin bu ideya hələlik sual altındadır. Qocalma əleyhinə dərmanları apteklərdə görüb-görməyəcəyimizə heç kim zəmanət verə bilmir.

Ölkə.Az