“Qara polkovnik”in oğlu həbs edildi
Paylaşılma tarixi: May 15, 2015 11:54:47 AM
Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov «Bandotdel»ə aparılıb“Cahangir Hacıyev işi” ilə bağlı həbslər davam edir. Dünən daha bir nəfər DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Bu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynovdur. Redaksiyamıza daxil olan məlumata görə, Dubayda imiş. Onu Bakıya çağıraraq həbs ediblər.Məlumat üçün deyək ki, Adil Hüseynov DIN-in keçmiş baş əməliyyat müvəkkili, adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov tərəfindən qətlə yetirilən “Qara polkovnik” kimi Fətullah Hüseynovun oğludur.Qeyd edək ki, iddialara görə, “oliqarx ovu”nun arxasında 6 milyard kredit vəsaitinin mənimsənilməsi dayanır. 2015-ci ilin mart ayına olan statistikaya görə, maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 21 milyard manat məbləğində kredit ayırıb. Bu kreditlərdən 16 milyardı uzunmüddətlidir. Mütəxəssislərin bildirdiyinə görə, maliyyə-kredit təşkilatlarının əhaliyə ayırdığı kreditlərin həcmi ildən-ilə artır. 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32 faiz artıb. Bu da təxminən 7 milyard manata yaxın edir. Ölkə üzrə kredit portfelinin 60 faizinin Beynəlxalq Bankın payına düşdüyünü nəzərə alsaq “oliqarx ovu” ilə bağlı deyilənlərin əsassız olmadığını söyləmək olar. /azadliq.info/
Xeberlent.az- See more at: http://xeberlent.az/index.php?do=xeber_inner&id=12052#sthash.t86aoZdv.dpuf