Kasıbları bir az da müflis etməyin yeni yolu: Özünəməşğulluq proqramı!

Paylaşılma tarixi: Dec 19, 2018 4:19:39 PM

Dərc edildi: 2018-12-18 21:34 

Şərhlər 0

)

2018-ci il üçün özünüməşğulluq proqramı çərçivəsində respublika üzrə 7000, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə ediblər, başqa sözlə imtahan veriblər…

Şəki rayonunda təlimlərə cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində idi.

Özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıqla məşğul olmağın şərtləri isə belə olub:

1. Dövət vətəndaşa 4 dana verir, vətəndaş həmin danaları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 4 dana almalıdır. Artıq pul qalarsa şəxsi məqsədləri üçün xərcləyə bilər.

2. Dövət vətəndaşa 2 yanıbalalı inək verir, vətəndaş həmin inəkləri sata bilməz, amma inəyin südünü, inəyin südündən hazırladığı pendiri, yağı, inəklərin balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.

3. Dövət vətəndaşa 20 toğlu verir, vətəndaş həmin toğluları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 20 toğlu almalıdır. Artıq qalan pulu isə şəxsi məqsədləri üçün xərcləyə bilər.

4. Dövət vətəndaşa 20 yanıbalalı qoyun və bir qoç verir, vətəndaş həmin qoyunları və qoçu sata bilməz, amma qoyunların südünü, qoyunların südündən hazırlandığı pendiri, qoyunların balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalarsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.

Lakin heyvanların verilməsi zamanı məlum oldu ki, vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib. Bu aztəmitatlı vətandaşları daha da müflis etməkdən başqa bir şey deyil. Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş deməli 2 min manat ziyan edəcək.

Bordaq üçün verilən toğlularla bu gün şəxsən tanış olduq, heç kim götürmədi. Bunlara yanıq toğlular deyilir, 10 kq çəkiləri olardı, ya yox, onlar böyümürlər, nə qədər yem, dava-dərmən verilsə belə elə o boyda qalacaqlar. Ən yaxşısının bazar qiyməti 70 manatdan çox deyil. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşa belə xəstə heyvanlar təklif edilir. 70 mantdan 20 yanıq toğlunun qiyməti 1400 manat edir. Dövlət isə özünüməşğulluq proqramı çərçivəsində hər vətəndaşa 5 min manat vəd etmişdi…