Vəkilə hücumlar
Paylaşılma tarixi: Dec 16, 2019 11:35:23 AM
Vəkil Nemət Kərimli yenidən hədəfdə
Baş Prokurorluq vəkil Nemət Kərimlinin barəsində intizam tədbiri tətbiq etmək üçün Vəkillər Kollegiyasına müraciət edib.
Bu haqda vəkil özünün feysbuk səhifəsində məlumat yayıb. O, şikayətlə hələ tanış olmadığını bildirib. Eyni zamanda qeyd edib ki, bu şikayətin, onun Tofiq Yaqublunun polis idarəsində döyülməsi haqda məlumatı ictimailəşdirdiyi üçün verildiyini ehtimal edir.
Qeyd edək ki, 2018-ci il aprelin 23-də Vəkillər Kollegiyası vəkillər Asabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul edib.
Baş prokurorun birinci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasına təqdim etdiyi şikayətdə. Nemət Kərimli jurnalist Əfqan Muxtarlının (Gürcüstandan müəmmalı şəraitdə Azərbaycana gətirilərək həbs edilən tənqidçi jurnalist-red) işini, Asabəli Mustafayev isə AXCP sədrinin müavini Gözəl Bayramlının işini siyasiləşdirməkdə ittiham olunmuşdular.
Onların vəkillik fəaliyyəti 2019-cu ilin aprelin 23-də bərpa olunmuşdu.
Hər iki vəkil hüquq müdafəçiləri tərəfindən “siyasi məhbus” kimi, Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilən çoxsaylı müxalif və tənqidçi insanların hüquqlarını məhkəmələrdə müdafiə edib.
Nemət Kərimli Müsavat Partiyasının Divan üzvü, partiya başqanının müavinidir.
Basta