Ət bahalaşacaq
Paylaşılma tarixi: Jul 19, 2018 10:35:17 AM
Qəsablar etiraz tətili edirlər
Şəki şəhərinin mərkəzi kolxoz bazarında işləyən 30 dan çox qəssab 2 gündür etiraz tətilinə başlayıblar. Buna səbəb Baytarlıq idarəsinin hər kəsilən mal üçün verilən rüsumun iki dəfə qaldırılması və bütün kəsiləsi heyvanların bir məntəqədə kəsilməsinə qərar verməsi olub. Qəsabların dediyinə görə bir xırda buynuzlu heyvanın kəsilib bazara gətirilməsinə 10 manat ödəməli olurlar. Buda ətin qiymətlərinin qalxmasına səbəb olacaq.
Onsuzda əhalinin vəziyyətinin ağır olduğu zamanda ətin qiymətinin qalxması alverədə təsir edəcək. Hələlik aidiyatı qurumlar bazarda baş verənlərə biganə qalırlar.