Kəbədə qaldırıcı kran aşıb: Dağıntılar altında qalanlar var

Paylaşılma tarixi: Sep 11, 2015 4:25:12 PM

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur.Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.Oxu.Az-ın APA-ya məlumatına görə, dağıntılar altında qalanlar var.Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib. 20:16Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var.

Oxu.Az xəbər verir ki, APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər.

Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib. Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.

www.oxu.az