Metyu Brayza: Rusiyanın Dağlıq Qarabağ məsələsində konstruktiv rol oynayacağını təsəvvür etmək çətindir
Paylaşılma tarixi: May 17, 2015 3:16:27 PM
ABŞ-ın yüksək səviyyəli keçmiş diplomatı, Amerikanın Azərbaycandakı keçmiş səfiri, hazırda Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Metyu Brayza Amerikanın Səsinin Gürcü xidmətinə müsahibəsində Rusiyanın Ukraynaya təcavüzünün səbəbləri və bunun qlobal və regional təsirlərindən danışıb. Metyu Brayzanın sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi və Krımın işğalı, eləcə də Donbassdan xaricdə hərbi təcavüzə hazırlıqlar Moskvanın ABŞ və Avropa ilə münasibətlərinə böyük zərbə vurur. O, prezidenti Putinin hərəkətlərinin Rusiya üçün böyük strateji məğlubiyyət olduğunu deyərək, bunu “alçaldıcı məğlubiyyət” adlandırıb."NATO heç bir şəkildə Rusiyanın təhlükəsizliyi üçün hədə təşkil etmir, bu prezident Putinin vəziyyəti düşgün anlamamasıdır, amma o, vəziyyəti məhz belə dəyrləndirir və onun siyasəti məğlubiyyətlə nəticələnir."-Metyu Brayza Metyu Brayza hesab edir ki, ruslar bu hərəkətləri qısa müddət üçün perspektivdə müsbət qəbul etsə də, uzun müddətdə onların hadisələrə verəcəyi qiymət dəyişəcək.
“1991-ci ildən sonra Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi bazalarının olacağından ehtiyat edirdi. Biz bilirik ki, 1997-ci ildə ABŞ və onun müttəfiqləri Şimali Atlantik aylayasın yeni üzvlərinin ərazilərində hərbi dəstələr üçün daimi bazaların olmaması haqda razılığa gəldi. Bunlar artıq keçmişdə qaldı: ABŞ-ın Baltikyanı ölkələrdə və Polşada hərbi mövcudluğu de-fakto daimi olacaq və artacaq. Yəni, Ukraynaya müdaxilə edib və Krımı almaqla prezident Putin Rusiyanın təhlükəsiziyinə hesab etdiyi hədəni artırdı. NATO heç bir şəkildə Rusiyanın təhlükəsizliyi üçün hədə təşkil etmir, bu prezident Putinin vəziyyəti düşgün anlamamasıdır, amma o, vəziyyəti məhz belə dəyrləndirir və onun siyasəti məğlubiyyətlə nəticələnir. Rusiya ilə münasibətləri həmişə olduqca diqqətlə qurmağa çalışan Norveçə diqqət yetirin: indi ölkə Rusiyanın Avropa ilə münasibətləri tamamilə pozduğunu və onları əvvəlki vəziyyətə qaytarmağın mümkün olmadığını deyir”-deyə Metyu Brayza müsahibədə bildirib.
“İndi Rusiyanın Dağlıq Qarabağ məsələsində konstruktiv vasitəçi kimi rol oynaya bilməsini təsəvvür etmək çətindir, çünki indi o, Ukraynada təcavüzkar rolunda və Gürcüstanda hərbi münaqişənin iştirakçısı kimi çıxış edir."-Metyu Brayza
O, eyni zamanda, Rusiyanın beynəlxalq imici və mövqeyinin ciddi çəkildə sarsıldığını qeyd edib: “İndi Rusiyanın Dağlıq Qarabağ məsələsində konstruktiv vasitəçi kimi rol oynaya bilməsini təsəvvür etmək çətindir, çünki indi o, Ukraynada təcavüzkar rolunda və Gürcüstanda hərbi münaqişənin iştirakçısı kimi çıxış edir.”
Metyu Brayzanın fikrincə, Rusiyanın təcavüzünə qarşı yeganə effektiv yol ciddi əks tədbirlərin görülməsindən ibarətdir: “Mən Rusiyanın özünü küncə sıxılmış hiss etsə daha təhlükəli olacağı fikri ilə razı deyiləm. Bu, emosiyalar deyil, dəqiq hesabla çox ağıllı bir liderin idarə etdiyi böyük bir ölkədir. Əgər Putin başa düşsə ki, onun qərarları çox baha başa gəlir, o dayanacaq və təslim olacaq. Ona görə də Rusiyaya hərəkətləri nə qədər çox baha başa gəlsə, biz də Rusiyadan daha az təcavüz görəcəyik.”
Metyu Brayza qeyd edib ki, Qərbin Rusiya-Gürcüstan münaqişəsinə düzgün qiymət verə bilməməsi Ukraynada müharibəyə səbəb olub: “Qərb necə reaksiya verdi? NATO-Rusiya Şurasının işini bir neçə ay üçün dondurdu, Gürcüstana təxminən 1,5 milyard dollar yardım ayırdı və Rusiyaya qarşı heç bir sanksiya tətbiq etmədi. Bir qədər sonra Fransa Rusiyaya “Mistral” vertolyot daşıyanların verilməsi haqda qərar verdi. Prezident Saakaşvili hələ o vaxt xəbərdarlıq edirdi ki, Krım növbədə ola bilər. Qərbin bu müdaxiləyə zəif reaksiyası Putinə analoji addımlar atsa, risklərin böyük olmayacağı kimi nəticə çıxarmağa imkan verdi.”
“NATO birmənalı şəkildə bildirməlidir ki, Rusiya Baltikyanı ölkələrlə hibrid müharibəyə başlasa, bu, Alyansla genişmiqyaslı müharibə demək olacaq.”-Metyu Brayza
Metyu Brayzanın fikrincə, Rusiya Baltikyanı ölkələrin təhlükəsizlyi üçün real hədə təşkil edir. O hesab edir ki, Ukrayna ssenarisinin təkrarlanması üçün “NATO birmənalı şəkildə bildirməlidir ki, Rusiya Baltikyanı ölkələrlə hibrid müharibəyə başlasa, bu, Alyansla genişmiqyaslı müharibə demək olacaq.”
amerikaninsesi.org