“Hafiz Hacıyev o iki qızdan üzr istəməlidir”

Paylaşılma tarixi: Jan 25, 2015 4:39:52 PM

Bunu Almatada fəaliyyət göstərən TURAN Azərbaycanlılarının Konqresi rəhbəri Rəşad Əlizadə sosial səhifəsində Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində aparıcılar Sevinc və Sevil bacılarının Azərbaycan manatını təhqir etməsinə münasibətində açıqlayıb.Xatırladaq ki, H.Hacıyev Sevil-Sevinc bacıları ilə üzbəüz gəlsə onların üzlərinə tüpürəcəyin deyib: “Bilinmir onlar hansı barda tərbiyə alıblar… Getsinlər özlərinə saunalarda, barlarda yer tapsınlar. Sonra baxaq görək onlar özlərini harda reklam edəcəklər. Sevil-Sevinc bacıları bilməlidirlər ki, Azərbaycanı təhqir edən adamın qulağı kəsilir…”

Rəşad Əlizadə bildirib ki, Sevil və Sevinc bacıları ilə əlaqədar olan bu son olaydan təsirlənib: “Lakin hüquqşünas olduğum üçün başa düşmək olar ki, o an bacılar psixi təsir altına düşüb, həmin xoşagəlməz hərəkəti ediblər. Amma, hər halda bu, çox yalnış hərəkətdir. Ona da görə, bu qınaq obyektinə çevrilə, hər kəs onları qınaya bilər. Lakin Azərbaycan hüquqi dövlətdirsə, bu məsələ qanun çərçivəsində izahını tapmalıdır. Heç kəsə haqq verilmir ki, başqasının ünvanına nalayiq ifadələr işlətsin. Partiya sədri kimi Hafiz Haciyevə bacıları təhqir etməsinə kim haqq verib? Mən bu məsələdə Sevil və Sevinc bacılarını qınamıram, Hafiz Haciyevi qınayıram. Çünki ona heç kim ixtiyar verməyib ki, kiminsə qızını təhqir etsin. Odur ki, mənim şəxsi fikrimcə, Hafiz Hacıyev o iki qızdan üzr istəməlidir. Partiya sədrini məhkəməyə verməyə o qızların haqqı çatır”.

Qısa URL: http://avrasiya.net/?p=88463