Rəsmi Bakıdan Avropaya sərt mesaj: ATƏT-in ofisi bağlandı - Qərar

Paylaşılma tarixi: Jun 05, 2015 5:57:57 PM

ATƏT-in Bakıdakı əlaqələndirici ofisi bağlanır. Bu haqda xəbəri Turan İA yayıb. Diplomatik mənbələrdən Turan-a məlum olub ki, müvafiq məktub iyunun 3-də Azərbaycan XİN-dən ATƏT-in Vyanadakı baş ofisinə göndərilib. “Azərbaycan hökuməti qeyd edir ki, artıq ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında 24 sentyabr 2014-cü ildə bağlanmış “ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu”nu qüvvədən düşmüş hesab edir. Hökumət bu halda yaranan texniki məsələlərin həlli üçün ATƏT-ə bir ay müddət verir”,- deyə məktubda bildirilir. İyunun 5-də ATƏT-in Baş Katibi Lamberto Zannier ATƏT-in üzvü olan ölkələrə rəsmi Bakının qərarı haqqında məlumat verib. Azərbaycan XİN-dən və ya digər qurumlardan hələlik heç bir şərh daxil olmayıb. Qeyd edək ki, iki il əvvəl Bakı ATƏT nümayəndəliyinin səviyyəsini səfirlik səviyyəsindən ATƏT-in layihələr koordinatoru səviyyəsinə qədər azaldıb