Seminar –treninq keçirilmişdir
Paylaşılma tarixi: Nov 28, 2014 4:16:51 PM
Noyabrın 27-də Balakən rayon İcra Hakimiyyətində “Vətəndaşlıq vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydalarının tələbləri” və “Notariat haqqında Azərbaycan Respublikası Qanununa əsasən qəsəbə və kəndlərdə icra nümayəndəliklərinə notariat fəaliyyəti sahəsində verilmiş səlahiyyətlər” mövzularına dair seminar treninq keçirilmişdir.
Seminarda Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə Şöbəsinin mütəxəssisləri Zaur Xəlilov, Maarif Mahmudov, icra nümayəndələri, onların müavinləri, RİH-in hüquq şəbəsinin, rayon VVAQ şöbəsinin, Balakən Dövlət Notariat Kontorunun məsul işçiləri iştirak etmişlər.
Seminarı RİH-i başçısının sosial- iqtisadi məsələlər üzrə müavini Mehparə Nuriyeva açmışdır.
M.Mahmudov “Vətəndaşlıq vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydalarının tələbləri ”, Z.Xəlilov “Notariat haqqında Azərbaycan Respublikası Qanununa əsasən qəsəbə və kəndlərdə icra nümayəndəliklərinə notariat fəaliyyəti sahəsində verilmiş səlahiyyətlər” mövzusunda çıxış etmişlər.
Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyyə Şöbəsinin mütəxəssisləri tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavab vermişlər və notariat xidmətlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirmişlər.