İŞİD pulu necə qazanır? - «ZÜLMƏT İQTİSADİYYATI»
Paylaşılma tarixi: Aug 13, 2015 9:55:36 AM
Artıq bir neçə ildir ki, İslam Dövləti adlanan qurum (İŞİD) İraq və Suriyanın böyük hissəsinə nəzarət edir. Çoxsaylı dövlətlərin daxil olduğu koalisiya bu təşkilata qarşı müğarizə aparsa da, hələlik onu sarsıtmaq mümkün olmayıb. Bunun əsasında İŞİD-in hərbi gücü ilə yanaşı, həm də təşkil olunmuş iqtisadiyyatı dayanır. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, iqtisadiyyatın gətirdiyi pullar İŞİD-ə hələlik sanksiyalara davam gətirmək və döyüşmək üçün imkan verir.
2 trilyon dollarlıq aktivləri var
Ekspertlərin hesablamalarına görə, İŞİD təqribən 2 trilyon dollar məbləğində aktivləri idarə edir, onun illik gəliri isə 2,9 milyard dollardır. Təbii ki, İŞİD-in əsas gəlirləri neft-qazdandır, amma qəddarlıqları ilə dünyada ad çıxaraq «islamçılar» digər mənbələrdən də pul qazanırlar. İŞİD-in işi təkcə təkcə bazar qiymətindən 2 dəfə aşağı neft və qaz satmaq, qida və insan alveri ilə məşğul olmaq, eləcə də vergi toplamaq deyil. Məsələn, İŞİD-in işğal etdiyi ərazilərdə arxeoloji abidələrin talan edilməsinə görə də vergi tətbiq edilib.
İŞİD-in vergiləri
«İslam Dövləti» ərazisində vergilərə xüsusi diqqət yetirir. Bütün növ ərzaq mallarının satışı ilə məşğul olanlar, telekommunikasiya şirkətləri, banklar, hesabından nağd pul çıxaranlar İŞİD-ə vergi ödəyir. Bundan başqa, bütün işləyən şəxslər öz maaşının 5%-ni sosial təminat və digər ictimai məqsədlər üçün ayırır. İraqım şimalında yol vergisi 200 dollar, hər yük maşını üçün gömrük rüsumu 800 dollardır. Söhbət İraqa İordaniya və Suriya ilə sərhəddən daxil olan maşınlardan gedir. Arxeoloji abidələri talan edənlər isə əldə etdiklərin gəlirin bir hissəsini (Hələbdə - 20%, Rəkkədə 50%) İŞİD-çilərə ödəməlidir.
Adam oğurluğundan ayda 10 milyon qazanır
İŞİD-in gəlir mənbələrinə mədəni mülkiyyətin talan edilməsi və adam oğurluğu da daxildir. Məsələn, hər oğurlanmış adama görə 20-50 min dollar gəlir əldə edilir ki, bu da ayda təxminən 10 milyon dollar edir. Ümumilikdə İŞİD İraq və Suriyadakı qəbskarlıq və vergilər hesabına ildə təxminən 360 milyon dollar qazanır. Bu az pul olmasa da, İŞİD-in nəzarətindəki ərazilərdə yaşayanları və döyüşçüləri təmin etmək üçün azdır.
7 neft yatağı, 2 qaz yatağı var
Amma İŞİD-in ən böyük gəlirləri təbii ki, neft-qaz biznesindən gəlir. «İslam Dövləti» Suriyada və İraqda gündə 60 min barrel neft hasil edilən 7 neft yatağına və bir neçə nasos stansiyasına nəzarət edir. “İraq Oil Report” şirkətinin 2014-cü ilə aid məlumatında bildirilir ki, İŞİD qaçaqmalçılıq yolu ilə əldə edilmiş İraq neftindən sutkada 1 milyon dollar gəlir əldə edir. İŞİD həm də Akkas və Əl-Anbar qaz yataqlarını nəzarətində saxlayır. Son 2 ildə təşkilatın mavi yanacaq satışından illik gəliri 489 milyon dollar olub. Özü də İŞİD neft və qazı dünya bazarındakı qiymətlərdən 2 dəfə ucuz çıxarır.
Kimya məhsulları və sement də satır
Bundan başqa, İŞİD fosfat hasilatı, eləcə də sement istehsalı və satışından da qazanır. Məsələn, təkcə fosfat yataqlarının istismarı təşkilata ildə 50 milyon dollar gəlir gətirir. İŞİD-in nəzarətində olan və ildə 1,5 milyon ton kükürd, 400 milyon ton fosfor turşusu istehsal edən zavodlar isə stabil şəkildə ildə 300 milyon dollar qazandırır. Bu məhsullar da bazar yarı qiymətə çıxarılır. Sement istehsalına gəlincə isə, İŞİD 5 iri zavoda malikdir. Bu zavodlarda istehsal olunan sementin 1 tonu 80 dollardan satılır ki, bu da ildə 583 milyon dollar gəlir deməkdir.
İndi də uran yataqlarına sahib olmaq istəyir
İndi isə İŞİD-in əsas marağı İordaniyadakı uran yataqlarına yönəlib. Bu ölkə uran yataqlarının sayına görə dünyada 11-ci yeri tutur. Buradakı yataqlarda 70-130 min ton uran ehtiyatının olduğu bildirilir. Bəzi məlumatlara görə isə İordaniya uran ehtiyatlarına görə, Avstraliyadan sonra dünyada 2-cidir. İordaniyadakı uran yataqlarının başqa bir mühüm özəlliyi də var. Burada ehtiyatlar torpağın bir neçə metr dərinliyində yerləşir ki, bu da hasilat üçün olduqca münasibdir. Ümumdünya Nüvə Assosiasiyasının məlumatına görə, yaxın illərdə dünyada aton elektrik stansiyalarının gücücü 27% artırmaq üçün uran təchizatının 33% artırılmasına ehtiyac yaranacaq. Bu isə İŞİD üçün cəlbedici və perspektivli bazar imkanları aça bilər.
İldi 1,1 milyon ton taxıl satır
İŞİD ərzaq mallarının satışı ilə də məşğuldur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, İŞİD olduqca münbit torpaqlara sahibdir. Bu torpaqların 30%-də buğda, 40%-də isə arpa əkilir. Bu da ildə 1,1 milyon ton taxıl tədarük etməyə imkan verir. Təxmini hesablamalara görə, buğda və arpanın qara bazarda satışından İŞİD ildə 200 milyon dollar qazanır.