Qədim Oğuz eli Şəki
Paylaşılma tarixi: May 26, 2015 3:50:16 AM
Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 25-də axşam saatlarında Şəki şəhərinə gətirildi.
Şəki bütün dövrlərdə Azərbaycan tarixində mühüm rola malik olub. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan bənzərsiz bir şəhərdir. Bu zəngin tarixi-mədəni irsin qorunması sayəsində Şəki, həm də Azərbaycanın mühüm turizm mərkəzinə çevril
Avropa Oyunlarının məşəl estafeti bu qədim diyarda XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi, Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayının həyətindən start götürdü. Bir sıra beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi edən, turistlərin, xarici ölkələrdən gəlmiş dövlət rəsmilərinin, dünya şöhrətli elm, mədəniyyət və incəsənət xadimlərinin, siyasətçilərin böyük maraqla ziyarət etdiyi Şəki bu gün özünün ən sevincli tarixi günlərindən birini yaşayır.
Şəkinin fəal gənci, teleaparıcı Sədaqət Məmmədzadə sarayın həyətində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl estafeti şəhərin mərkəzinə doğru istiqamət götürdü. On iki məşəlçi “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət etməklə, məşəli növbə ilə bir-birinə ötürərək 2200 metrdən artıq məsafə qət etdilər. Estafetin sonuncu iştirakçısı – respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Meydana toplaşan minlərlə Şəki sakini bu unudulmaz anı böyük coşqu və alqışlarla qarşıladılar.
Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş etdirildi.
Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Şəki şəhərinə təqdim edildi.
Daha sonra möhtəşəm alov festivalı başlandı. Qeyri-adi alov şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı tədbir iştirakçılarında böyük bayram əhval-ruhiyyəsi yaratdı.