Manata nəzarət itir: 1 dollar 1.5 manat oldu
Paylaşılma tarixi: Feb 21, 2015 6:0:37 PM
Hökümət təcili toplanmaq qərarı verdi, milli pulun məzənnəsi müzakirə olunacaq Milli Bankın bu günkü açıqlamasından sonra Azərbaycanın milli valyutası olan manat 35 faiz dəyərini itirib. Rəsmi açıqlamaya görə, fevralın 21-dən etibarən 1 dollar 1.05 manat həddinə çatdırılıb. Avro isə daha da bahalaşaraq 1.19 manat təşkil edib. JAM.AZ xəbər verir ki, Milli Bankın bu açıqlamasından sonra bəzi Valyutadəyişmə Məntəqələrində dollar daha da baha satılıb. Belə ki, tələbatdan dolayı 1 dollar 1.5 manat olub. Bəzi sahibkar və imkanlı şəxslərin dollar almaq üçün üz tutduqları VDM-lər vəziyyətdən istifadə edərək, qiyməti süni şəkildə qaldırıblar.
Bu əsnada, hökumət baş verənlərdən dolayı bu gün bir araya gəlməyə hazırlaşır. JAM.AZ-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Baş nazirin yanında bu gün yığıncaq keçiriləcək. Mövzu isə manatın məzənnəsi olacaq.
http://jam.az/