VƏTƏNDAŞLIQDAN ÇIXARILDILAR..

Paylaşılma tarixi: Feb 13, 2015 5:18:55 PM

“Gürcülər dərk ediblər ki, ermənilər onların ərazi bütövlüyünə təhdid və təhlükə mənbəyidirlər”

  Gürcüstan 5 min ermənini vətəndaşlıqdan çıxarıb. Buna həmin ölkədə yaşayan ermənilərin dövlətə xəyanət etməsi səbəb olub. "Rustavi 2” televiziya kanalının yaydığı məlumata əsasən, Axalkalakidə məskunlaşan və faktiki olaraq Gürcüstan vətəndaşı olan 5000 erməni gizli yolla Ermənistan vətəndaşlığını qəbul edib.

  İddialara görə, ermənilər saxta yolla Ermənistan vətəndaşlığını alıb, Rusiyaya sərbəst şəkildə gedib-gəlmək imkanı qazanıblar. Gürcüstan dövləti isə bu xəyanətə cavab olaraq həmin 5 min nəfəri vətəndaşlıqdan azad edib.

Yada salaq ki, bu, sözügedən ölkədə yaşayan ermənilərin ilk xəyanəti deyil. Onlar Gürcüstan dövlətinə dəfələrlə ciddi xəyanətlər ediblər.

Rəsmi Tiflisin qərarını dəyərləndirən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq”ə bildirib ki, bu qərar siyasi motivlərlə əlaqədar ola bilər: "Əvvəllər gürcüləşmiş ermənilər ifadəsi məşhur idi. Hesab edirdilər ki, onlar əsl gürcülərdir. Sonra məlum oldu ki, soyadlarını dəyişsələr də, xislətlərini və ya niyyətlərini dəyişməyiblər. Hər biri böyük Ermənistan ideyasının daşıyıcısıdır. İndiki halda gürcülər dərk ediblər ki, ermənilər onların ərazi bütövlüyünə təhdid və təhlükə mənbəyidirlər. Ehtimal edirəm ki, bədnamlar rəsmi Tiflisin qanunlarına zidd davrandıqları üçün vətəndaşlıqdan azad olunublar”.

Z.Məmmədli onu da əlavə edib ki, Gürcüstanda ermənilərin əsas hədəflərindən biri də Borçalı türkləridir: "Soydaşlarımızı sıxışdırıb, həmin ərazilərdə yerləşmək proqramları var”.

http://www.sherg.az/   Ayyət Əhməd