FƏRHAD ƏLİYEVİN BANKDAKI PAYINI KƏMALƏDDİN HEYDƏROV ALDI - “Bank of Baku” oliqarx kapitalına qovuşub
Paylaşılma tarixi: Jan 18, 2015 5:12:50 PM
Hikmət İsmayılov “Bank of Baku” ASC-nin yeni səhmdarı olub. Bu barədə bankdan yayılan məlumatda bildirilir. Lakin yeni səhmdar haqda ətraflı məlumat verilmir.
Turan-ın araşdırmaları bir sıra maraqlı məqamları aşkarlayıb. Belə ki, Hikmət İsmayılov “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət “Gilan Holding” qrupunun strukturu hesab edilir. Bu sığorta şirkətinin kapitalı (bölünməyən mənfəət nəzərə alınmaqla 31 dekabr 2013-cü il üçün 36,6 mln mant olub. Maraqlıdır ki, Nicat və Tale Heydərovlara (FHN rəhbəri K.Heydərovun oğulları) məxsus “Gilan Holding” 2006-cı ildə yaradılan “AzSigorta”nı öz şirkətləri sırasına daxil edib. (http://web.archive.org/web/20141217092553/http://gilanholding.com/).
2008-ci ilin yanvarından 2012-ci ilin iyununa kimi kommersiya şəxslərin dövlət reyestri yalnız istifadəçilərə açıq idi. Bu dövrdə Hikmət İsmayılov “Azdəmir ltd” MMC-nin təsisçilərindən biri idi (sentyabr 2008-ci il). Maraqlıdır ki, bu şirkətə Xangah Əli oğlu Əhədpur direktor təyin edilmişdi. O, Heydərovların biznes şərikidir. “Caspian Fish Co. Azerbaijan” şirkətinin maraqlarını isə ölkədən kənarda “United Enterprises International” şirkəti təmsil edirdi (Heydərov qardaşları tərəfindən Britaniyada yaradılıb).
Xatırladaq ki, Hikmət İsmayılovun “Bank of Baku”da aldığı 21,11% səhm əvvəllər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus olub(http://www.bankofbaku.com/az/about/reports/). Fərhad Əliyevin Kəmaləddin Heydərovla münasibətləri çox pis olub.