Şəki xəstəxana

Paylaşılma tarixi: May 16, 2018 3:21:48 PM

Ginnesin rekordlar kitabına düşəsi hadisə.

Şəki rayonu üzrə əhalinin tibbi müayinədən keçirilməsinin yekunu barədə məlumat.

Azərbaycan Resbublikasının Prezidentinin tapşırığını rəhbər tutaraq Səhiyyə Nazirliyinin sərəncamına əsasən 2018-ci ilin Fevral ayının 12-dən May ayının 12-nə kimi ölkə əhalisinin Tibbi müayinəsi keçirilmişdir.Şəki rayonu üzrə 18 yaşdan yuxarı 84137 nəfərin müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.Şəki şəhər icra hakimiyyətinin tutduğu qrafikə əsasən Şəki şəhəri də daxil olmaqla 70 məntəqənin əhalisi müayinə olunmuşdur.

2018-ci ilin Fevral ayının 12-dən May ayının 12-nə kimi 79425 nəfər tibbi müayinədən keçirilmişdir.Bu nəzərdə tutulan əhalinin 94,4% -ni təşkil edir.

İndi sadəcə müayinədən keçən insanların sayını 3-ə bölsək bir ayda neçə nəfərin müayinədən keçdiyi məlum olar. Bir ayda 26 iş günü olduğunu nəzərə alaraq bir ayda müayinədən keçən insanların sayını 26 -ya bölsək bir günə 1000 nəfər düşür.Deməli  3 ay hər gün poliklinika 1000 nəfəri müayinədən keçirib. Çox maraqlı fakt yaranır sadəcə bu qədər insan poliklinikanın foyesinə necə yerləşdirib və onlarla tək bə tək yoxlama aparıblar.Onu da nəzərə alaq ki,saat 4-dən sonra poliklinikada bir nəfər tapmaq müşkül məsələdir.Hələ hesablasaq bir xəstəyə 5 dəqiqə vaxt ayrılsa yenə bu qədər insanı yoxlamaq mümkün olmur. Bunu neçə ediblər heç cür anlaya bilmirəm. Həkimlərdən də soruşdum bu sekreti deyən olmadı.Yəqin bu bizim sürətli inkişafımızın nətiycəsidir. Lap o dərviş məsələsinə dönüb barıtını çox qoyublar. Bimirəm bunlar kimi aldadırlar əhali üçün bu maraqlı deyil yəqin ölkə başçısını aldatmaq qərarına gəliblər. Bu yalançı pripiska nəyə lazım sadəcə nə qədər insan gəlir onu qeyd edin və məlumat verin və qalanlar haqqında yazın ki, vaxtında aparığımız tədbirlər nətiycəsində hamısı sağlamdır.