İsveç parlamenti qondarma soyqrım qərarını geri götürdü

Paylaşılma tarixi: Apr 30, 2015 5:19:28 PM

Font Ölçüsü

İsveç parlamenti «erməni soyqırımı» ilə bağlı 2010-сu ildə qəbul etdiyi qərarı geri götürüb. Xarici İşlər Nazirliyinin sözçüsü Erik Boman bildirib ki, 1915-сi ildə baş verən olayların daha dərin araşdırılmasına ehtiyac var. Olaylar müstəqil bir qurum tərəfindən hərtərəfli araşdırılandan sonra İsveç hökuməti məsələ ilə bağlı yekun qərarını açıqlayacaq. Bomanın sözlərinə görə, İsveç hökuməti millətlər arasında sülhə yönəlik çözümün tərəfdarıdır. XİN-in bununla bağlı hərəkətə keçdiyini deyən sözçü araşdırma başa çatmadan tərəfləri ümidlənməməyə çağırıb: «100 il əvvəl yaşanmış bir faciə araşdırma aparılmadan, bir parlament qərarı ilə soyqırım elan edilməyəcək. Yekun qərar mütəxəssislərin rəyindən sonra veriləcək».İsveç hökumətinin qərarından narazı qalan erməni lobbisi baş nazir Stefan Lövfeni sözündən qaçmaqda ittiham edib: «Baş nazir seçkilərdən əvvəl söz verməsinə baxmayaraq, geri addım atdı. 24 aprel tədbirinə də qatılmadı. Bütün bunlar, həmçinin parlamentin qərarı geri götürməsi bizi çox kədərləndirir».

http://www.azadliq.info/