Rusiyanın inhisarçı şirkəti olan “Qazprom” Avropanın 6 ölkəsinin qazını kəsib.

Paylaşılma tarixi: Jan 20, 2015 5:20:50 PM

Axar.az-ın “Deyli Meil”ə istinadən verdiyi məlumata görə, bu gün səhər Ukrayna üzərindən qaz alan ölkələrə ötürülən qaz kəsilib.Ukraynadakı şirkətlər bu barədə qərarı təsdiq ediblər. Qazı kəsilən ölkələr isə Bolqarıstan, Yunanıstan, Makedoniya, Rumıniya, Xorvatiya və Türkiyədir.Xorvatiya rəsmiləri Rusiyanın yalnız sənaye müəssisələrinə verilən qazı kəsdiyini deyib. Bolqarıstan isə qazın tam kəsildiyini və yalnız bir neçə günlük ehtiyatlarının qaldığını etiraf edib.

Avropa Birliyi isə “Qazprom”a ən böyük müştərisi olan İngiltərə ilə razılığa gəlməyi tövsiyyə edib. Qurum İngiltərədə havanın mənfi 10 dərəcədən aşağı olması səbəbindən qaza tələbatın artığını, “Qazprom”un isə qiymətləri endirmədiyini deyir. Hazırda İngiltərə “Qazprom”un ən böyük müştərisi kimi onun satdığı qazın 16%-ni alır.

Mənbələrdən verilən məlumata görə, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar Avropada enerji qiymətlərinin qalxmasına səbəb olub. Bu isə “Qazprom”un qiymətləri öz istədiyi kimi tənzimləməsinə şərait yaradıb.

Xatırladaq ki, hazırda “Qazprom” Avropa ölkələrinin 60%-ni, AB ölkələrinin isə 80%-ni qazla təmin edir.