İŞİD Çıxılmaz Vəziyyətdə

Paylaşılma tarixi: Feb 17, 2015 4:11:12 PM

 Artıq İraq Şam İslam Dövlətində (İŞİD) bəzi zəiflik əlamətləri özünü göstərməyə başlayır. Düzdür, bu qruplaşma iordaniyalı pilot Muaz əl-Kəsasəbinin edamına nail olub, bütün dünyadan cihadçıları öz ətrafında toplayıb və hələ də İraq və Suriyanın bəzi ərazilərini əlində saxlayır. Ancaq özünü xilafət adlandıran bu qruplaşmanın zəifləməsi özünü göstərir.

 Bunun bir səbəbi odur ki, yayın sonlarında əməliyyatlara başlayan ABŞ-ın İraqda müdaxiləsi İŞİD-in irəliləməsinin qarşısını almağa kömək etdi. O vaxtdan sonra qoşun dəstələri hücuma keçib bu terror qrupunun ələ keçirdiyi ərazilərdən qrupu çıxarmağa başlaya bilib; bu qruplaşma artıq ən çox hücumların və zorakılıq hallarının baş verdiyi ərazilər olan Kobani və Suriyanın şimal sərhəddini itirib və Bajyi, Curf əl-Saxar, Diyala və Mosul bəndində məğlubiyyətlə üzləşib. Nəzərə alsaq ki, İŞİD ələ keçirdiyi 55000 km2 ərazinin yalnız 700 km2-i itirib, bu nailiyyətlər o qədər də böyük uğur deyil.

 İndi isə ABŞ və İraqın qruplaşmanın özünə paytaxt seçdiyi Mosul şəhərini geri qaytarmaq məqsədilə yaz üçün planlaşdırdıqları birgə hücum həlledici an ola bilər. ABŞ-ın hərbi hava qüvvələri və hərbi məsləhətçilərindən kömək olan İraqın Təhlükəsizlik Qüvvələri, “Peşmərgə” kürd qoşunları və sünni qəbilələr yerli rayon və şəhərlərdə hökumət rəhbərliyini bərpa edərək İraqın şimalında və qərbində İŞİD-in hökmranlığına son qoymağa çalışacaq.

 Bu strategiyanın izlənilməsinin öz riskləri var. İŞİD-in ən asanlıqla ələ keçirə biləcəyi sünnilərə məxsus ərazilər şiə və peşmərgə qüvvələrinin müdaxilə təhlükəsi qaçılmaz olan ərazilərdir. Ona görə də, bu koalisiya Mosulu geri qalmaq üçün peşmərgə və şiə qüvvələrini döyüşə göndərməkdən əl çəkməli olacaq. Bu qüvvələrin hər tərəfdən qruplaşmanın ələ keçirdiyi ərazilərlə əhatələnən Mosula daha çox daxil olması sünnilərin silahlı müqavimət göstərməsi ehtimalını da artırır.

 Suriya İnsan Hüquqlarını Müşahidə Qrupunun verdiyi məlumata görə, İŞİD-i tərk etmək istəyən 100-dən çox insan 2014-cü ilin oktyabr və dekabr ayları arasında edam edilib.

 İstifadə edəcək şiə və peşmərgə təhlükəsi olmadan İŞİD sürətlə Ənsar əl-Sunna, Nəqşibəndi Ordusu və 1920 İnqilab Briqadaları kimi taktiki müttəfiqlərini itirir. Qruplaşma təkcə mübarizə apardıqda isə məğlub olur. Məsələn, İŞİD-in Kobani və Mosul bəndinin mühafizəsinə kömək edəcək heç bir müttəfiqi olmadı. Hər iki halda İraqın ABŞ-dan gələn silahlar və hava hücumlarından dəstək alan qətiyyətli quru qoşunları İŞİD-i məğlub etdi və bu, qruplaşmanın məğlubedilməz terror ordusu kimi statusu üçün bir zərbə oldu.

 İŞİD-in son vaxtlar məruz qaldığı uğursuzluqlar bunlarla məhdudlaşmır. Bir qrup mətbuat katibinin verdiyi və KİV-də çıxan məlumatlara görə, İŞİD rəhbərliyinə qarşı ən azı iki müxtəlif çevriliş cəhdi olub. İŞİD keçdiyimiz noyabr ayında bir qrup azərbaycanlının İŞİD üzvlərinin öldürülməsi və digərlərinin İŞİD əleyhi bir qrupa qoşulmasının təşviq edilməsi planlarının qarşısını aldığını elan etmişdi. Son günlər İŞİD-in Rakka şəhərindəki rəhbəri Əbu Əyyub əl-Ənsarinin Şərqi Suriyada İŞİD rəhbərliyinə qarşı çevriliş cəhdi ilə bağlı məlumatlar çıxıb. Cavab olaraq Ənsari və başqa onlarla insan qətlə yetirilib, Ənsarinin yoldaşları olan bəzi sui-qəsdçilərin isə Rakka şəhərini tərk etdikləri düşünülür.

 Bütün bunlardan başqa belə görünür ki, qruplaşmaya qoşulanlar getdikcə gerçəkləri görməyə başlayırlar. Zorakılıq səviyyəsi bir cihadçı qruplaşma üçün belə həddindən artıq yüksəkdir. Əsirlərin təkcə başları kəsilib yandırılmır, binalardan aşağı atılır, çarmıxa çəkilir, diri-diri torpağa basdırılırlar. Qruplaşmaya qoşulan qadınlar isə İŞİD düşərgələrində təcavüzə məruz qalırlar. BMT komitələrindən birinin verdiyi məlumata görə, bu qruplaşma uşaqlara da işgəncə verir, çarmıxa çəkir, onları diri-diri torpağa basdırır.

 Bir çoxu Suriyanın Bəşər Əsəd rejiminə qarşı mübarizə aparmaq üçün razılaşmış xarici döyüşçülər isə başqa silahlı dəstələrlə münaqişəyə girməyə məcbur ediliblər. Digərlərinə isə silahların təmizlənməsi və cəsədlərin cəbhə xəttindən daşınması kimi aşağı vəzifələr verilir. Öz vəzifəsinin icrasını rədd edənlər satqın adı almaq və öldürülmək riski daşıyır, qaçmaq istəyənlərin də öldürülməsi ehtimalı eyni dərəcədə yüksəkdir. Suriya İnsan Hüquqlarını Müşahidə Qrupunun verdiyi məlumata görə, İŞİD-i tərk etmək istəyən 100-dən çox insan 2014-cü ilin oktyabr və dekabr ayları arasında edam edilib. Bu daha da göstərir ki, İŞİD özü öz əleyhinə hərəkət edir.

 İŞİD-i zəiflədən başqa bir amil isə odur ki, bu qruplaşma hazırda nəzarətində olan torpaqları idarə etməyə məcburdur. Bununla bağlı işlər isə yaxşı getmir. Buğda istehsalı kəskin şəkildə azalıb, elektrik enerjisi isə nadir hallarda verilir. Xəstəxana işçiləri qaçıb gedib, dərman preparatları kifayət qədər təmin olunmur. Su təchizatı Əsəd və İraqın keçmiş baş naziri Nuri əl-Məlikinin dövründə daha yaxşı vəziyyətdə idi. İŞİD ərazilər ələ keçirib qayda-qanun tətbiq edə bilər, ancaq qətiyyən idarəetməni layiqincə həyata keçirmir.

 Bu şərtlər altında Kəsasəbin edam edilməsi strateji bir səhv idi. Bu edam hələlik ən azı İordaniyada böyük hiddətə səbəb olub. Ölkə axırıncı dəfə belə bir yüksək səviyyəli hücuma 2005-ci ilin noyabr ayında məruz qalmışdı, həmin vaxt əl-Qaidə təşkilatı Ammandakı otellərə bir-birilə əlaqəli olan üç hücum etmiş və 60 nəfəri qətlə yetirmişdi. Bu hücumlar təkcə qruplaşmanın regiondakı dəstəyin çoxunu itirməsinə yox, İordaniyanın kəşfiyyat toplamasını artırmasına da səbəb olmuşdu. Bir neçə aydan sonra isə əl-Qaidə təşkilatının iordaniyalı lideri Əbu Musab əl-Zərqavi İordaniya kəşfiyyatının böyük töhfə verdiyi bir missiyada qətlə yetirildi. Əgər İordaniya bu səfər də həmin tədbirləri görsə, İŞİD çətin ki tab gətirsin.

 Digər tərəfdən, İŞİD-ə ölkə daxilində təzyiq göstərilməsi üçün beynəlxalq səviyyədə kifayət qədər istək olmazsa, İraq və qərb dövlətlərinin bu qruplaşmaya qarşı əldə etdikləri uğurlar heç ola bilər. ABŞ-ın hərbi baxımdan müdaxiləsini davam etdirməsi mühüm rol oynayır. Böyük Brityaniya kimi tərəfdaş ölkələr də bu yükü bölüşmək üçün dəstəyi artırmalıdırlar.

 Bunu da qəbul etmək lazımdır ki, son nəticədə yalnız sünnilər İŞİD-i öz torpaqlarından çıxara bilərlər. 2014-cü ilin iyul ayında İraqın təhlükəsizlik qüvvələrinin Mosulu tərk etməsinin əsas səbəblərindən biri o idi ki, onlar burda heç bir siyasi və iqtisadi əlaqələri olmadığına görə mübarizə aparıb həlak olmaqda maraqlı deyildilər. Sünnilər isə şiələrə qarşı yeganə qoruyucu hesab oluna bilər.

 Ona görə də, İŞİD-ə qarşı İranın dəstəklədiyi hərbi qüvvələrlə birgə fəaliyyət göstərmək ABŞ üçün əlverişli deyil. Qərb dövlətləri isə sünniləri nə şiə hərbçiləri ilə qan tökülməsinə səbəb olacaq münaqişəyə girməyə, nə də İŞİD-lə müttəfiqliyə məcbur edə bilər. ABŞ-ın hərtərəfli strategiyasına İŞİD-ə qarşı mübarizədə sünnilərlə tərəfdaşlıq və onların İŞİD-in məğlub edilməsindən sonra da şiə ölüm eskadronunun olmayacağına əmin edilmələri daxil edilməlidir.

 İŞİD çıxılmaz vəziyyətdədir, ancaq ABŞ-ın hazırkı siyasəti bundan istifadə etmir. Artıq vaxt-vədə yetişib. Qərb dövlətləri öz strategiyalarındakı nöqsanları aradan qaldırsalar, İŞİD-in öz elə zəiflikləri bu qruplaşmanın məhvinə gətirib çıxaracaq.

http://4npress.com/