“Çox ehtimal 6 aya 1 dollar 2 manat olacaq”

Paylaşılma tarixi: Feb 22, 2015 4:46:2 PM

Eks-spiker Rəsul QuliyevModerator.az-a açıqlamasında manatın məzənnəsindəki şok təlatümü şərh edib:"Azərbaycan iqtisadiyyatını böhranın gözlədiyi və bu prosesin qaçımaz olduğu haqda son 4-5 ay ərzində təkcə sizin saytınızda azı 5 yazı ilə çıxış etmişəm. Manatın məzənnəsinin düşməsi camaat üçün gözlənilməz ola bilərdi, ancaq başlarının iqtisadiyatdan çıxdığına inanların şoka düşməsi təəccüblüdür. Və bu haqda yazılanları oxuyanda adamın cavab verməyə belə həvəsi qaçır. Çünki manatla əlaqədar baş verənlər iqtisadiyyatın ən bəsit, primitiv hissəsinə aiddir, çox sadə iqtisadi qanunlara tabedir və nəticə etibarı ilə istənilən variantda inflyasiya, dərin infilyasiya və defoltla qurtaracaq. Manatın məzənnəsinin düşməsində Mərkəzi Bankı günahlandırmaq sadəlövhlükdür, yəni bankiri qurbanlıq vermək olar, ancaq vəziyyəti dəyişdirmək mümkün olmaz. Manatın məzənnəsinin düşməsinin əhalinin 80 faizi ilə birbaşa əlaqəsi yoxdur. Ancaq qiymətlərin artması ilə bilavasitə manatın məzənnəsi ilə əlaədardır. Azərbaycanın uzun illər apardığı iqtisadi siyasətin nəticəsində, manatın məzənnəsi ölkə daxilində məhsulun istehsal artımı ilə yox, bir başa exsportdan gələn valyuta kütləsinin (ABŞ dolları) hesabına tənzimlənib. Son iki ildə lüzumsuz inşaatlar, inzibatı orqanlar, Milli Məclis və bir sıra bu qəbildən olan sektorlarda maaşların artırılması nəticəsində illik valyuta kütləsi məzənnəni saxlamağa kifayət etmədiyinə görə rezervdən bir neçə milyard xərclənirdi. 2014-ün axırından vəziyyət tam dəyişildi. Neftin qiymətinin kəskin aşağı düşməsi manatın məzənnəsini saxlamaq, süni surətdə artırılmış maaşları saxlamaq, Birinci Avropa oyunları ilə əlaqədar lazımsız tikintiləri saxlamamaq üçün xərclənən valyutanın kəskin surətdə çatmadığını üzə çıxardı və böyük sürət və miqdarla rezerv valyuta fondu azalmağa başladı. İqtisadi kollapsın astananın ağzında olduğunu iqnor etməyin mümkün olmadığını anlayan hökümət manatın məzənnəsində müəyyən dəyişiklik etdi. Manat sərbəst konvertə edilən pul vahidi deyil. Ölkə daxilində məzənnəsi süni saxlanılır. Əgər sərbəst konvertləşdirilsə bir aya dəyəri 2 dəfədən artıq düşər. İstənilən variantda Mərkəzi Bank manatı ucuzlaşdırmağa davam edəcək . Çox ehtimal 6 aya 1 dollar 2 manat olacaq.

İstənilən variantda hökümət 80-90 faiz neftdən asılı olan iqtisadiyatını xilas etmək şansını itirib. Ancaq müəyyən Şok Terapiya ilə prosesi qismən zəiflədə bilər. Bu çox böyük kompleks tədbirlərdir ki, manatın məzənnəsi kimi bəsit deyil. Birbaşa makroekonomika ilə əlaqdərdir. Bu isə artıq mürəkkəb elmidir. Şok Terapiyası ekonomikanın bütün sektorlarını, vergi siyasəti və dövlət büdcəsindən maliyələşdirməni əhatə etməklə yanaşı camaatın vəziyyətinin katostrofik pisləşməsini də qismən zəiflətməlidir. Azərbaycan hökümətindən olan çıxışların məzmunu onların nə isə etmək fikrində olduqlarına dəlalət etmir. Daha çox onlar möcüzənin baş verəcəyinə, neftin qiymətinin yenidən qalxacağına ümid bəsləyirlər."