Azərbaycanlıların daxil olduğu 1 milyon 350 min miqranta Rusiyaya daxil olmaq qadağan olunub – AÇIQLAMA
Paylaşılma tarixi: May 08, 2015 5:11:2 PM
Bu gün Rusiyada 10 miyon xarici miqrant var. Strateq.az bildirir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Yuri Romodanovski prezident Putinlə görüşündə bildirib.FMX direktorunun sözlərinə görə, Rusiyada işləmək hüququnu pozanlara qarşı qadağaların tətbiqi də aparılıb. Bu qadağaya əsasən miqrantlara 5-10 il Rusiyaya gəlmək qadağan edilir. Romodanovski bildirib ki, hazırda 1 milyon 350 min nəfərə Rusiyaya daxil olmaq qadağası tətbiq edilib.“Hazırda vəziyyət nəzarət altındadır. Miqrantlar artıq qanunlara riayət etməyə üstünlük verir. Bu isə cinayətkarlığın azalmasına müsbət təsir göstərir".FMX rəhbəri Rusiyaya gələn Ukrayna vətəndaşları barədə məlumatları da açıqlayıb.
Hazırda Rusiyada 2 milyon 500 min Ukraynadan gələn insan məskən salıb. Onların 550 mini Ukrayna vətəndaşlarıdır. Bu insanlar Ukraynada gedən hərbi əməliyatlardan qorxub evlərini tərk edənlərdir. 970 min nəfər isə Ukrayanın şərqini kütləvi şəkildə tərk edən qaçqınlardır.
X.SƏFƏRLİ